SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
29 Dekabr 2014 | 10:03
Xorvatiyada prezident seçkilərinin növbəti turu keçiriləcək
A
A
print
Baxılıb: 491

Xorvatiyada hər 2 aparıcı namizəd tələb olunan 50% səsi toplaya bilməyib. Ona görə də yanvarda sonuncu tur keçiriləcək. Hazırkı prezident İvo Yosipoviç ölkənin durğun iqtisadiyyatına görə tənqid olunur. Bu barədə "Deutsche Welle" yazır.

Sorğular göstərir ki, Xorvatiya prezidenti İvo Yosipoviç yanvarın 11-də sonuncu turda mühafizəkar rəqibi ilə əleyhinə mübarizə aparacaq. 28 dekabr prezident seçkilərində namizədlərin heç biri səs çoxluğunu toplamayıb. Mərkəz-sağ yönümlü prezident 38,9%, əsas rəqibi Kolinda Qrabar-Kitaroviç isə 38,1% səs toplayb.

Prezident məhdud səlahiyyətə malikdir. Buna baxmayaraq, bu mübarizə gələn ilin parlament seçkiləri baxımından çox vacibdir. Avropa İttifaqına yenicə daxil olan Xorvatiya İttifaqın iqtisadiyyatı ən zəif olan ölkəsidir. 6 illik iqtisadi tənəzzülün ardınca işsizlik 20%, dövlət borcları isə ÜDM-nin 80%-i həcmindədir.

Josipoviç Sosial Demokratik Partiyanın (SDP) və hakim koalisiyanın aparıcı üzvüdür. Hakim koalisiya zəruri islahatların icra olunmamasına, dövlət sektorunda bürokratiyaya və investisiyanı cəlb edə bilməməsinə görə tənqid olunur. Mühüm məsələlərlə bağlı ciddi tədbirlər görmədiyinə görə, Yosipoviçin özü də kifayət qədər tənqid olunub.

Yosipoviç və hökumət günahkardır

Mühafizəkar Demokratik İttifaq (HDZ) partiyasının üzvü Qrabar Kitaroviç sabiq xarici işlər naziridir. Kitaroviç həmçinin əvvəllər NATO baş katibinin köməkçisi olub. O, öz seçicilərinə Yosipoviçin çox da nüfuzlu olmayan hökumətlə əlaqəsi olduğunu xatırladıb. "Sakit dayanıb heç bir addım atmadığına görə indiki çətin vəziyyətdə hökumətlə birlikdə o da günahkardır", - o deyib.

Digər 2 rəqib sağyönümlü Milan Kuyundziç və fəallardan Vilibor Sinçiçdir. Sinçiç krediti ödəyə bilməyən insanların məcburi köçürülməsi əleyhinə mübarizəsinə görə məşhurlaşıb. 24 yaşlı Sinçiçin 15,6% səslə 3-cü yerdə gəlməsi siyasi elitanı məyus edib. İpsos Puls sorğu agentliyinə görə, Kuyundziç 5,7% səslə sonuncu yerdə gəlir.

Xorvatiyada 3,8 milyon seçici var. Seçki komissiyasının bildirdiyinə görə, seçki başa çatmazdan 2 saat əvvəl seçici fəallığı təxminən 36% olub. Bu isə 5 il əvvəlki seçki ilə müqayisədə 2% çoxdur. -100C şaxta və fırtınaya baxmayaraq, vətəndaşlar seçkidə iştirak ediblər.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib