SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
29 Dekabr 2014 | 11:15
Rusiya Ukraynanı kömür və elektriklə təmin edəcək
A
A
print
Baxılıb: 626

Dekabrın 27-də Rusiya rəsmiləri bildiriblər ki, Rusiya Ukraynanı kömür və elektriklə təchiz etməyə razılıq verib. Qeyd edək ki, Ukraynanın atom-elektrik stansiyaları sənaye şərqindəki münaqişəyə görə xam enerji mənbələrindən məhrumdur. Bu barədə “Reuters” xəbər verir.

Bundan 1 gün əvvəl Kiyev hökuməti Krıma qatar və avtobus nəqliyyat xidmətlərinə qadağa qoyacağını bildirmişdi. Kiyev həmçinin əvvəllər Moskvanın martda anneksasiya regionuna elektrik enerjisi verilişini dayandırmışdı.

Putinin nümayəndəsi Dmitri Peskov TASS xəbər agentliyinə bildirib ki, Rusiya qabaqcadan ödəniş şərti olmadan Kiyevə kömür və elektrik verəcək. O deyib ki, bu addım prezident Vladimir Putinin Ukraynaya xoşməramlı jestidir.

"Putin enerji təchizatı ilə bağlı böhran vəziyyətinə, həmçinin qabaqcadan ödəniş imkanının olmamasına görə, bu cür qərara gəlib" - Peskov deyib.

Baş nazirin müavini Dmitri Kozak “Rossiya 24” televiziya kanalına bildirib ki, Rusiya Ukraynaya ayda 500 min ton kömür göndərməyi planlaşdırır. O deyib ki, növbəti razılıq əldə olunsa, Rusiya ayda əlavə 500 min ton da göndərməyə hazırdır.

Energetika Nazirliyinin statistikasına görə, Ukraynanın kömür ehtiyaları həmişəki 4-5 milyon tonluq qış ehtiyatı ilə müqayisədə indi 1,5 milyon tondur.

Ukrayna əvvəllər elektrik enerjisi ilə özünü təmin edirdi. Separatçılarla aylardır davam edən münaqişə
atom-elektirik stansiyalarının kömür enerjisi ilə təchizatını pozub. Kömür atom-elektrik stansiyaları üçün lazım olan   enerjinin 40%-ni verir.

Ötən həftə Ukraynanın energetika naziri Voldimir Demçişin Rusiyanın Energetika Nazirliyi ilə kömür və elektrik təchizatı ilə bağlı danışıqlar apardığını bildirmişdi. Sərhəddə gecikmə olduğuna görə, Rusiyadan kömür idxalı ilə bağlı əvvəlki səylər uğursuz olmuşdu.

Kozak bildirib ki, təchizat Rusiya qiyməti ilə olacaq. Kozak bununla da Krımın enerji ilə etibarlı təchiz olunacağına ümid etdiyini deyib. Buna baxmayaraq, o sərhəddəki gecikmələrin həll olunması haqda heç nə deməyib.

Rusiya eyni zamanda Ukrayananı elektriklə də təchiz edəcək, lakin bunun miqdarı haqqında heç bir məlumat ildirilməyib.

Qərbyönümlü Kiyev hökuməti Rusiyanı Şərqi Ukrayna münaqişəsini qızışdırmaqda ittiham edir. Moskva isə bütün ittihamları inkar edir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib