SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
29 Dekabr 2014 | 11:37
Fransa "təmiz avtomobillər" üçün yol vergisini azaltmağı təklif edir
A
A
print
Baxılıb: 675

JDD jurnalı (“Le Journal du Dimanche”) yazır ki, avtomagistral şirkətləri ilə mübarizə aparan Fransa hökuməti “təmiz avtomobillərin” az vergi ödəməsini təklif edib. Xəbəri “Radio France İnternationale” yayıb.

Hökumətin təklifinə görə, yol vergisi avtomobilin emissiya səviyyəsindən asılı olacaq. JDD yazır ki, bu proqram “dayanıqlı inkişaf və elektrikli avtomobil istifadəsinin təbliği ilə bağlı” dövlət siyasətinə uyğun həyata keçiriləcək. Yeni “Ekologiya vergisi”nə görə, elektrikli və hibrid avtomobillər üçün az vergi tətbiq olunacaq. Əksinə,  dizel və s . ən çirkli yanacaq yandıran avtomobil istifadəçiləri çox vergi ödəyəcəklər.

Nəqliyyat naziri Alain Vidalies Fransanın “iTélé” televiziya kanalında bildirib ki, dövlət bununla ekoloji təmiz avtomobillərin istifadəsini yaymağa çalışır. Həmçinin qeyd edib ki, bu addım yüksək emissiyalı avtomobillər üçün verginin yüksəlməsinə səbəb olmamalıdır.

2006-cı ildən Fransa avtomagistrallarının özəlləşdirilməsi prosesi başlayıb. Sentyabr hesabatında bildirilirdi ki, özəlləşdirmə rüsumları inflasiya ilə müqayisədə daha sürətlə artıb. Bu isə avtomagistral şirkətləri ilə hökumət arasında münasibətlər gərginləşdirmişdi. 

JDD yazır ki, yeni “ekoloji qiymət”in qəbul edilməsi çox mürəkkəb proses olacaq. Yeni təklifə görə, hər bir avtomobilin üzərinə çirklənmə səviyyəsini göstərən talon yapışdırılacaq.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib