SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
29 Dekabr 2014 | 12:03
Xakerlər Almaniyanın müdafiə nazirinin barmaq izlərini oğurlayıblar
A
A
print
Baxılıb: 710

“Xaos kompüter klubu”nun üzvləri Almaniyanın müdafiə naziri Ursula fon der Layenin barmaq izlərini oğurladıqlarını iddia edirlər.

“Dpa” xəbər agentliyi yazır ki, dekabrın 27-də klubun 31-ci illik yığıncağında etik xaker (sertifikatlı xaker) və tədqiqatçı Yan Krissler çıxış edib. O deyib ki, barmaq izinin təsviri tezliklə internetdə yayımlanacaq. Onun sözlərinə görə, barmaq izini tapmaq üçün nazirin əli toxunan obyektə ehtiyac olmayıb.

Krissler deyib ki, bunun üçün oktyabrda mətbuat konfransında yaxından çəkilmiş fotoşəkli və VeriFinger kommersiya proqram təminatından istifadə olunub. 

Müdafiə nazirinin barmaq izinin yarımçıq təsviri və müxtəlif bucaq altında çəkilən fotoşəkillər əsasında xakerlər çatışmayan hissələri bərpa ediblər. Krissler 2008-ci ildə, həmin vaxt Almaniyanın daxili işlər naziri olan Volfqanq Şoyblenin də barmaq izlərini şəklini yaymışdı. Almaniyanın “Zeit online” xəbər vebsaytına görə, Krissler və digər xaker Tobias Fibig Berlin Texniki Universitetində biometrik təhlükəsizlik sistemlərinin məhdudiyəti ilə bağlı tədqiqat aparıblar.

Son zamanlar təhlükəsizlik sistemlərində biometrik vasitələrdən daha çox istifadə olunur. Bu cür sistemlərdə adətən identifikasiya üçün barmaq izi, yaxud  gözün qüzehli qişasının skanı tələb olunur.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib