SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
07 Yanvar 2015 | 09:52
Litva avrodan istifadə edən 19-cu ölkə oldu
A
A
print
Baxılıb: 635

Litvalılar 2015-ci il yanvarın 1-dən etibarən avrodan istifadə edəcəklər. Avroya keçid planlaşdırıldığı kimi uğurla baş tutub. 2 həftəlik keçid müddətində əvvəlki milli valyuta - lita da müvəqqəti qüvvədə olacaq. Yanvarın 3-dək müştərilərin 89%-i alış-veriş zamanı qalıq pullarını avro ilə alıblar. Banklarda və pərakəndə sektorlarda ciddi problemə rastlanmayıb.

Aİ Komissiyasının son sorğusuna görə, keçid müddətindən əvvəl litvalıların böyük əksəriyyəti nağd avro valyutasına sahib olub: 44%-in avro əskinasları, 46%-in isə avro qəpikləri olub. Buna səbəb əsasən xaricə səfərdən qalan pullar, Litva bankları və poçtlarında xüsusi avro kisələrinə dəyişdirilən pullar olub. Qabaqcadan avro valyutasının olması keçid prosesini daha da asanlaşdırıb.

Yanvarın 1-dən demək olar ki, bütün bankomatlardan avro valyutası çıxarmaq mümkün olub. Bundan əlavə, elə həmin gündən etibarən Vilnüs və Kaunas şəhərlərində 40 kommersiya bankı filialı, Litva Mərkəzi Bankı və Litva Bankının kassaları nağd pul əməliyyatları üçün açıq olublar. Yanvarın 2-dən ticarət obyektlərində ödəniş kartları və POS-terminallar da uğurla avrodan istifadəyə keçid alıblar. Yanvarın 3-dən 161 bank filialı, 188 poçt nağd pul əməliyyatları üçün açıq olub.

Komissiyanın ən son sorğusuna görə, yanvarın 3-də mağazalarda ödənişlərin 59%-i Litva litası ilə həyata keçirilib. (yanvarın 2-də oxşar göstərici 84% idi). Səbəb isə pulu dəyişmək üçün banka getmək istəməyənlərin mağazalara üz tutması olub. Buna baxmayaraq, sorğu iştirakçılarının 36%-i avro ilə ödəniş edib. Bu isə əvvəlki keçid prosesləri ilə müqayisədə yüksək nəticədir.

Kommersiya bankları qabaqcadan Litva Bankından avro əskinaslarını qəbul ediblər. Daha sonra ilk gündən ödənişin avro ilə həyata keçirilməsini asanlaşdırımaq üçün mağaza və şirkətləri yeni valyuta ilə təmin ediblər. Bununla da xeyli pərakəndə satıcının nağd avrodan istifadəsi asanlaşıb. Avroya keçidin 3-cü günündə müştərilərin 89%-i pul qalıqlarını avro ilə alıblar. Bu isə köhnə lita valyutasının dövriyyədən tezliklə çıxması üçün vacibdir.

Yeni valyutaya keçidin ilk 2 günündə vətəndaşların 25%-i artıq pul kisələrində avro əskinasları gəzdirdiklərini bildiriblər. Ehtiyatlı hazırlıq tədbirləri nəticəsində keçid prosesinin başlanğıcı uğurlu olub.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib