SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
07 Yanvar 2015 | 10:38
“Bild” qəzeti anti-islam aksiyalarını tənqid edib
A
A
print
Baxılıb: 659

Yanvarın 6-də Almaniyanın böyük tirajlı “Bild” qəzeti və 50 məşhur alman getdikcə artan ksenofobiyaya son qoymağı tələb ediblər. Bundan 1 gün əvvəl bir sıra alman şəhərlərində minlərlə etirazçı müsəlmanların immiqrasiyasına qarşı aksiya keçirmişdilər. Bu barədə “Reuters” xəbər verir.

PEGİDA – “Avropa Vətənpərvərləri Qərbin İslamlaşdırılmasına Qarşı"  hərəkatının təşkil etdiyi 5 yanvar aksiyası Şərqi Drezden şəhərində artıq həftəlik tədbirə çevrilib. Drezdendə indiyədək ən çox - 18 minə yaxın insan toplaşıb. Berlin və Qərbi Köln şəhərində də oxşar aksiyalar olub. Sözügedən bölgələrdə PEGİDA hərəkatını irqi-ayrı seçkilikdə və dözümsüzlükdə günahlandıran əks-etirazçılar üstünlük təşkil edib.

Yanvarın 6-da “Bild” qəzeti ilk xəbər başlığında “PEGİDA-ya YOX” adlı müraciət dərc edib. Qəzetin 2-ci və 3-cü səhifələrində 50 siyasətçi və məşhur insanların sitatları yer alıb.

“Onlar ksenofobiyaya “yox”, müxtəlifliyə və tolerantlığa “bəli” deyiblər. Küçələrdə boş iddialar uğrunda aksiyalara yol verməməliyik”, - “Bild” qəzetinin redaktor müavini Bela Anda bildirir.

Drezdendə PEGİDA etirazçıları Almaniyanın qara, qırmızı və sarı rəngli bayrağını dalğalandırıb, “dini fanatizmə və hər növ radikalizmə qarşı” şüarlar səsləndiriblər.

Kölndə “Dönər kababı yerinə kartof” şüarı ilə etnik türklər tənqid olunub. 3 milyona yaxın türk Almaniyanın ən böyük immiqrant cəmiyyətini təşkil edir. Almaniya xüsusən nasist keçmişinə görə dünyada ən liberal sığınacaq qaydalarına malikdir. Əksəriyyəti Yaxın Şərqdən olmaqla, Almaniyada sığınacaq axtaranların sayı ötən il 200 minədək artıb. Bu isə 2012-ci illə müqayisədə 4 dəfə çoxdur.

Almaniya kansleri Angela Merkel almanları anti-müsəlman aksiyalarından kənar durmağa çağırıb. O deyib ki, belələrinin qəlbi nifrətlə doludur. Almaniyada əcnəbilərə qarşı düşmənçiliyə yer yoxdur.

Yerli polisin bildirdiyinə görə, müsəlman əksəriyyəti olan Kölndə əks-etirazçılar PEGİDA nümayişçilərindən 10 qat çox olub. Oxşar qaydada çox etnik tərkibli Berlində 5000 əks-etirazçı 400 anti-müsəlman aksiyaçısını üstələyib.

Köln baş kilsəsi və Berlin Brandenburq qalası aksiyaçılara etiraz olaraq işıqları söndürüblər.

PEGİDA Almaniya siyasi təşkilatını yerindən oynadıb. Bəziləri hesab edir ki, bu, avroskeptik Almaniya üçün Alternativ (AfD) partiyasının xeyrinədir. Qeyd edək ki, partiyadakı daxili çəkişmə hərəkatın necə idarə olunması ilə bağlı fikir ayrılığına səbəb olub.

“Bild” qəzetinin kampaniyasına hazırkı və sabiq siyasətçilər, məşhur insanlar və biznesmenlər qoşulub.

“PEGİDA mənfi rəyə, ksenofobiya və dözümsüzlüyə səbəb olur. Keçmişə nəzər və iqtisadi vəziyyət sübut edir ki, Almaniya qaçqınları və siyasi sığınacaq axtaranları nifrətlə rədd etməməlidir”, - sabiq sosial-demokrat kansler Helmut Şmidt yazıb. Maliyyə naziri Volfqanq Şoyble, rok ulduzu Udo Lindenberq, 76 yaşlı pop ulduzu Heino və sabiq alman futbol yığmasının kapitanı Oliver Bierhoff da məsələ ilə bağlı öz fikirlərini bildiriblər.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib