SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
07 Yanvar 2015 | 10:46
Aİ Şurasına Latviya sədrlik edəcək
A
A
print
Baxılıb: 760

Yanvarın 7-8-də komissarlar kollegiyası Aİ Şurası sədrliyinin başlanğıcı ilə əlaqədar Riqaya yollanacaq. 2015-ci ilin yanvar ayından iyunadək Aİ Şurasına Latviya sədrlik edəcək. Komissarlar kollegiyası və Latviya hökuməti plenar sessiyada və çoxtərəfli debatlarda Latviyanın sədrliyi dövründəki prioritet məsələləri müzakirə edəcəklər.
Vitse-prezidentlər və komissarlar nazirlərlə ikitərəfli görüşlər keçirəcəklər.  Həmçinin əsas maraqlı tərəflər və Latviya parlamentinin ("Saeima") üzvləri ilə danışıqlar aparacaqlar.

Yanvarın 9-da Aİ Komissiyası prezidenti Jan-Klod Yunker və Latviyanın baş naziri Laymdota Strauyuma 2015-ci il Avropa  inkişaf ili təşəbbüsünü işə salacaqlar. Sözügedən təşəbbüs yoxsulluğa son qoymaq, inkişaf üçün şərait yaratmaq və 2015-ci ildən sonrakı dövr üçün iqlim dəyişkənliyi ilə mübarizəyə həsr olunub.

Komissiya prezidenti Jan-Klod Yunker səfərdən əvvəl bildirmişdi: "Yeni il vətəndaşların mənafeyinə xidmət edən yeni Aİ Şurasının sədrliyi ilə başlayır. Latviya ilk dəfə Aİ Şurasına sədrlik edir. Cari hazırlıq işləri və indiyədək gördüyüm böyük həvəs mənə çox xoş təsir bağışlayır. Riqada latviyalı həmkarlarımız və dostlarımızla bu istəyi fəaliyyətə çevirməyin yollarını müzakirə etməyimizi səbirsizliklə gözləyirəm: İnvestisiya mühiti yaratmaqla inkişafa təkan vermək, sərhədsiz rəqəmsal Avropa yaratmaq və ciddi Avropa Enerji İttifaqının yaradılması bizim əsas prioritetlərimizdir. Birgə əməkdaşlıqla buna nail olacağıq".

"Mən komissiya prezidenti Jan-Klod Yunkeri və bütün komissarları Latviyada qarşılamaqdan məmnun olaram. Simvolik, eyni zamanda vacib olan bu səfər Latviyanın Aİ Şurasına sədrliyinin başlanğıcını bir daha vurğulayacaq. Bu dövr ərzində Latviya hökuməti və Yunker komandasının görəcəyi ambisiyalı və zəruri işlər çoxdur. Sədrliyimiz dövründəki prioritet məsələlər - rəqabətli, rəqəmsal və hərtərəfli Avropa növbəti 6 ay ərzində yolumuza işıq salacaq", - Latviyanın baş naziri Laymdota Strauyuma bildirib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib