SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
07 Yanvar 2015 | 10:55
İstanbulda qadın-kamikadze özünü partlatdı
A
A
print
Baxılıb: 1127

Qadın-kamikadze İstanbul polis idarəsində özünü partladıb. Binaya daxil olarkən qadının ingilis dilində danışdığı bildirilir, lakin hadisənin səbəbi hələ də müəmmalıdır.

Türk mətbuatı yazır ki, partlayışdan sonra bir türk polisi ciddi xəsarət alaraq həlak olub. Qadın-kamikadze yerli vaxtla 15:00-da Sultanəhməd rayonunda polis idarəsinə daxil olub. Bundan sonra üzərindəki partlayıcı maddələri partladıb.

İstanbul valisi Vasip Şahin türk televiziyasına bildirib ki, qadın polislərlə ingilis dilində danışıb, Ayasofya muzeyi və Göy Məscid yaxınlığındakı turistlər üçün kömək istəyib. Fövqəladə xidmət təcili hadisə yerinə gəlib. Yerli tramvay reysləri təxirə salınıb. Rəsmilər bildirirlər ki, hadisə zamanı həlak olan terrorçunun milliyyəti və kimliyi haqqında heç bir məlumat yoxdur.

"Bircə onu deyə bilərəm ki, o, polisə yaxınlaşıb və ingilis dilində öz pul kisəsini itirdiyini bildirib. Terroçunun kimliyini müəyyənləşdirməyə çalışırıq", - Vasip Şahin deyib.

Polis bildirir ki, qadının üzərindəki partlayıcı maddələrin hamısı partlamayıb. Yerdə qalanlar xüsusi nəzarət altında partladılıb.

Bu artıq həftə ərzində polisə 2-ci hücumdur. 5 gün əvvəl polis bir kişini zərərsizləşdirmişdi. Həmin şəxs Osmanlı dövrünə aid "Dolmabağça sarayı" qarşısında keşik çəkən zabitlərə əl qumbarası atmış və silahdan atəş açmışdı. Fırat Özçelik adlı şəxsin tulladığı hər iki qumbara partlamamışdı. Marksist-leninist ideologiyası tərəfdarı olan İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) məsuliyyəti öz üzərinə götürmüşdü.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib