SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
07 Yanvar 2015 | 11:00
Latviya Aİ Şurasına sədrliyi dövründəki prioritetlərini açıqladı
A
A
print
Baxılıb: 834

Aİ Şurasına sədrliyi qəbul edən Latviya bildirib ki, əsas hədəf Aİ-də iş yerlərinin yaradılması və inkişaf olacaq. Bu dəfə 3 əsas prioritet "rəqabətli, rəqəmsal və hərtərəfli Avropa"dır.

Aİ Şurası sədrliyinin vebsaytında latviyalılar prioritetləri daha aydın açıqlayıblar. Vebsaytda latviyalılar yazır: "Yeni və rəqabətli məhsul və xidmətlərə investisiya yönəltməklə Avropada sahibkarlıq potensialı gücləndirilməlidir. Yalnız rəqabətli sənaye və xidmət sektorları Avropada iş yerlərinin yaradılması və sosial fəallığın artmasına xidmət edə bilər. Latviyanın öz təcrübəsinə əsasən bizə məlumdur ki, bütün bunlar effektiv struktur islahatlar və inkişafyönümlü investisiya tədbirləri ilə mümkündür".

Qeyd olunur ki, "rəqəmsal" Avropa Aİ-də intellektual, dayanıqlı və hərtərəfli inkişafa səbəb olan və sürətlə inkişaf edən informasiya texnologiyasının yaratdığı imkanlardan  bəhrələnə bilər.

Latviyalılar Avropanı daha fəal olmağa çağırırlar: "Avropa İttifaqı qlobal səhnədə tam və fəal iştirak edir. Aİ daxilindəki ziddiyyətlər və qonşuluqdakı vəziyyət həmişəki kimi qarşıda duran ciddi məsələlərdir. Əsas məsələ Qonşuluq Siyasətinin yenidən gözdən keçirilməsi, Trans-Atlantik əməkdaşlığa doğru yönəlmək, 2015-ci ildən sonrakı inkişaf hədəfləridir".

Latviyalılar "Şərqlə Tərəfdaşlıq" proqramına xüsusi diqqət yetirəcək, 2015-ci ilin sonunadək Trans-Atlantik Ticarət və İnvestisiya Əməkdaşlığı (TTİP) müqaviləsi üzrə danışıqların yekunlaşmasına çalışacaqlar. Aİ-Kanada İqtisadiyyat və Ticarət Müqaviləsi (CETA) və Aİ-Yaponiya azad ticarət müqaviləsi irəli çəkiləcək. Mərkəzi Asiya strategiyasına da önəm veriləcək və latviyalılar Aİ-nin genişlənmə siyasətinə sadiq qalacaqlar.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib