SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
08 Yanvar 2015 | 09:57
Fransanın “Charli Hebdo” jurnalı redaksiyasına hücum – 12 nəfər ölüb
A
A
print
Baxılıb: 1229

Fransanın "Charlie Hebdo" satirik jurnalının Paris redaksiyasına silahlı şəxslər hücum ediblər. İslamçı qüvvələr 12 nəfəri güllələyiblər. Bu barədə BBC xəbər verir.

Jurnalın 4 məşhur multiplikatorlarından biri də öldürülənlər arasında olub. Polis avtomobillə aradan çıxan 3 silahlını tapmaq üçün tədbirlər görür. Prezident Fransua Olland bildirib ki, bu "müstəsna barbarlığın" terror hücumudur.
Bu, Fransada 1961-ci il qətliamından sonra baş vermiş ən dəhşətli hadisədir. Həmin vaxt Əlcəzirin Fransaya tabe olmasını istəyən sağyönümlülər qatarı bombalayaraq 28 nəfəri öldürmüşdülər.

Qeyd edək ki, maskalı şəxslər silahları ilə ofisdəkilərə atəş açıblar. Həmçinin avtomobillə qaçarkən polislə də atışıblar. Bundan sonra Şimali Parisdə "Rue de Meaux" küçəsində başqa avtomobili ələ keçirərək aradan çıxıblar.

Öldürməklə təhdid

Şahidlərin sözlərinə görə, silahlılar ərəbcə "Məhəmməd peyğəmbərin qisasını aldıq. Allah böyükdür", - deyə qışqırıblar.

Silahlıların əvvəl 2 nəfər olduğu güman edilirdi. Fransa daxili işlər naziri Bernard Kaznöv (Bernard Cazeneuve) daha sonra bildirib ki, təhlükəsizlik qüvvələri 3 cinayətkarı təqib edir. Parisdə ən yüksək həyəcan vəziyyəti elan olunub.

Əvvəllər "Charlie Hebdo" jurnalının redaktoru 47 yaşlı Stephane Charbonnier ölümlə hədələnirdi. Ona görə də polisin nəzarəti altında yaşayırdı. Fransa mətbuatı ölən digər 3 multiplikator arasında Cabu, Tignous və Volinskinin, eləcə də, "Charlie Hebdo" müəllifi və Fransa iqtisadçısı Bernard Marisin adını çəkir. Hücum redaksiyanın gündəlik toplantısı ərəfəsində baş verib. Azı 4 nəfər ciddi xəsarət alıb.

Həftəlik satirik jurnal xəbərlərə və cari yeniliklərə hörmətsiz yanaşmasına görə mübahisələrə səbəb olub. Xatırladaq ki, 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını yaydıqdan 1 gün sonra redaksiyaya bomba atılmışdı.

Qlobal tənqid

"Charlie Hebdo" jurnalı "twitter" hesabında sonuncu dəfə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin karikaturasını yaymışdı. Jurnalın vebsaytı redaksiyaya hücum zamanı oflayn rejimə keçib. Qurbanlarla həmrəyliyi göstərmək üçün saytda qara fonda "Je suis Charlie" ("Mən Çarliyəm") sözləri yazılıb.

"Adamları çox namərdcəsinə öldürüblər. Azad ölkədə yaşadığımıza görə hədələnirik", - prezident Olland müxbirlərə bildirib. Fransa hökuməti rəsmiləri fövqəladə yığıncaq keçirirlər. Prezident Ollandın televiziya ilə müraciəti gözlənilir.

ABŞ prezidenti Barak Obama da "qorxunc atışmanı" qınayıb, terrorçuları ədalət mühakiməsinə çəkmək üçün hər cür kömək təklif edib.

BMT-nin baş katibi Pan Gi Mun: "Bu, dəhşətli, bağışlanılmaz və soyuqqanlı cinayətdir. Həmçinin demokratiyanın əsaslarına, mətbuat və fikir azadlığına birbaşa hücumdur".

Britaniyanın baş naziri Devid Kemeron "twitter"də yazıb: "Paris qətliamı ikrah hissi doğurur. Terrora qarşı mübarizədə və mətbuat azadlığının müdafiəsində fransız xalqını dəstəkləyirik".

Ərəb ölkələri liqası və Misirin Ali İslam İnstitutu olan əl-Əzhər məscidi də hücumu qınayıb.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib