SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
08 Yanvar 2015 | 10:08
Merkel və Kemeron qlobal ticarət və Aİ-ni müzakirə ediblər
A
A
print
Baxılıb: 825

Almaniya kansleri Angela Merkel Londonda Britaniyanın baş naziri Devid Kemeronla görüşüb. Britaniya hökuməti binasında müzakirələrdən qabaq liderlər Parisdəki 7 yanvar qətliamına münasibət bildiriblər.

Hər 2 lider qeyd edib ki, gündəlikdə əsas məsələ Aİ-də sərbəst yerdəyişmə, Aİ və ABŞ arasında perspektiv ticarət müqavilələridir. Kemeron mətbuat konfransında Britaniyanın Aİ-dən potensial çıxışından söz açıb. Baş nazir bildirib ki, Aİ ilə münasibətlərdə britaniyalıları çox məyus edən "problemləri" aradan qaldıracağına əmindir. Kemeron deyib ki, Aİ-də islahatlara ehtiyac var. "Biz Britaniyanı güclü və müvəffəqiyyətli Avropada görməyi çox istərdik", - Merkel buna cavab olaraq deyib.

Britaniyada parlament seçkilərinə 4 aydan az qalıb. Kemeron söz verib ki, mayda yenidən baş nazir seçilsə,  Britaniyanın Aİ tərkibində qalması ilə bağlı referendum keçirəcək. Merkel isə bəzi miqrantların sosial müavinətlərdən sui-istifadəsindən söz açıb. O deyib ki, sərbəst yerdəyişmənin geniş yayılması üçün bu məsələ həllini tapmalıdır.

Yanvarın 7-də mətbuat konfransında kansler Yunanıstanın avrozonadan çıxma təhlükəsindən danışıb. O, özünün və alman hökumətinin həmişə Yunanıstanın avrozona daxilində qalması üçün çalışdığını bildirib. O deyib ki, Yunanıstanın "troyka" ilə, eyni zamanda Aİ üzv ölkələri ilə öhdəliklərinə hörmətlə yanaşılıb. "Yunanıstan faktik olaraq çoxlu qurbanlar verib. Ölkədə çoxları çətin illər yaşayıb. Biz uzun yol qət etmişik", - Merkel deyib.

"Charli Hebdo" redaksiyasına hücum

Lidelər elə həmin gün əvvəlcə Britaniya muzeyində "Charli Hebdo" jurnalının redaksiyasına hücuma münasibət bildiriblər. Xatırladaq ki, yanvarın 7-də terror hücumu zamanı 10 jurnalist və 2 polis zabiti öldürülmüşdü.

"Bu gün Parisdə baş verənlər Avropa dəyərlərinə qarşı vəhşi hücumdur. Biz mətbuat azadlığı, azadlıq və demokratiyanın sabit dəyərlərini dəstəkləyirik", - Merkel deyib. Kemeron da həmin gün "twitter"də terrorun ikrah hissi yaratdığını bildirib.

Merkel və Kemeron Almaniya tarixinin 600 illiyini nümayiş etdirən muzeyi dolaşıblar. Almaniya kanslerinin səfəri 5 saat çəkib. Yaxın aylarda Almaniyanın "G7" qrupuna birillik sədrliyi dövründə belə görüşlərin çox olacağı gözlənilir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib