SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
08 Yanvar 2015 | 10:21
Rusyönümlü qrup alman vebsaytlarına kiber hücum edib
A
A
print
Baxılıb: 847

Ukrayna və Almaniya liderlərinin görüşündən az əvvəl xakerlər Almaniya kansleri Angela Merkel və hökumətin vebsaytlarına hücum ediblər. Məsuliyyəti boynuna götürən qrup Berlindən Ukrayna hökumətini dəstəkləməməyi tələb edir. Bu barədə "Reuters" xəbər verir.

Merkelin nümayəndəsi Steffen Zaybert bildirib ki, hökumət əks-tədbirlər görsə də, nəticəsiz qalıb. Saat 10:00-dan vebsaytlar açılmayıb. İnternet istifadəçilərinin qarşısına monitorda xəta bildirişləri çıxıb.

Gündə 3000 belə hadisə ilə üzləşən kəşfiyyat orqanları bildiriblər ki, hücum ilk dəfə həmişəkindən çox uzun çəkib. BfV alman daxili kəşfiyyat xidməti rəhbərinin sözlərinə görə, son zamanlar gündəlik hücumların 5-ni xarici kəşfiyyat agentlikləri törədiblər.

Yanvarın 7-də Xarici İşlər Nazirliyinin vebsaytı da hücuma məruz qalıb. Bundan az sonra Ukraynanın baş naziri Arseniy Yatsenyuk və Almaniya prezidenti Yoakim Qaukun (Joachim Gauck) görüşüblər. Yatsenyuk yanvarın 8-də Merkellə görüşəcək.

Zaybert mətbuat konfransında hücumu Ukrayna xakerlərinin törətməsi ilə bağlı sualı cavablandırıb. "Xidmət provayderimizin data mərkəzi ciddi hücuma məruz qalıb. Bu xarici sistemlərin müxtəlifliyi ilə bağlıdır. Başqa məlumatım yoxdur", - o deyib.

Almaniya Rusiya ilə qarşıdurmada olan Ukraynanı dəstəkləyir. Kiyev Rusiyanı Şərqi Ukraynada separatçıları silahlandırmaqda ittiham edir. Özlərini "CyberBerkut" adlandıran qrup vebsaytında məsuliyyəti öz üzərinə götürüb. Ukraynanın sabiq rusyönümlü prezidenti Yanukoviçin çevik qüvvələri "Berkut" adlanırdı. Yanukoviç ötən ilin fevral etirazların sonra hökumətdən uzaqlaşdırılmışdı.

""CyberBerkut" Almaniya kansleri və bundestaqın (parlamentin aşağı palatası) vebsaytına hücum edib", - www.cyber-berkut.org vebsaytında bildirilir. Buna baxmayaraq, bu iddianı müstəqil təsdiqləmək mümkün deyil. "Almaniya xalqı və hökumətini qanlı vətəndaş müharibəsinə səbəb olan Kiyev cinayətkar rejiminə maliyyə və siyasi dəstək göstərməməyə çağırırıq", - vebsaytda bildirilir.

Bundan əvvəl ABŞ təhqiqatçıları bildirmişdilər ki, Şimali Koreya "Sony Pictures" şirkətinə kiber hücum üçün xakerlər tutub. Şimali Koreya isə ABŞ-ı internetin kəsilməsinə görə günahlandırmışdı.

Zaybert bildirib ki, xakerlərin hücumunun məqsədi hökumətin www.bundeskanzlerin.de, www.bundesregierung.de və www.cvd.bundesregierung.de vebsaytlarının yerləşdiyi serverləri yükləmək olub. Sözügedən vebsaytlarda jurnalistlərin və ictimaiyyətin istifadə etdiyi hökumətə aid ümumi informasiya, çıxışlar, kanslerin audio yazıları yerləşdirilib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib