SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
09 Yanvar 2015 | 10:20
Merkel: "Minsk müqaviləsinə əməl olunmasa, sanksiyalara son qoyulmayacaq"
A
A
print
Baxılıb: 1100

Angela Merkel bildirib ki, Avropanın Rusiyaya qarşı sanksiyaları ötən ilki Minsk müqaviləsinin bütün şərtlərinə əməl olunduqdan sonra yüngülləşdirilə bilər. Qeyd edək ki, Aİ Ukraynaya 1,8 milyard avroluq yardım paketini elan edib. Bu barədə "Reuters" xəbər verir.

Dekabrın 8-də Almaniya kansleri Angela Merkel bildirib ki, Rusiyaya qarşı sanksiyalara son qoymaq üçün Kiyev hökuməti və separatçılar arasında bağlanmış Minsk müqaviləsinin bütün şərtlərinə əməl olunmalıdır. Merkel Berlində Ukraynanın baş naziri Arseniy Yatsenyukla birgə mətbuat konfransında çıxış edib. O deyib ki, sanksiyaların icrası müəyyən səbəblərdən asılıdır, bunlar aradan götürüldükdən sonra sanksiyalar da  ləğv oluna bilər. "Hesab edirəm ki, sanksiyaların ləğvi  üçün əvvəlcə Minsk müqaviləsinin bütün şərtlərinə əməl olunmalıdır", - o deyib.

Sentyabr müqaviləsinə görə, hər 2 tərəf atəşkəsə və qanunsuz silahlı qruplaşmalar, hərbi texnika, döyüşçü və muzdluların Ukraynadan geri çəkilməsi üçün razılığa gəlmişdi. Buna baxmayaraq, müqavilə münaqişəni dayandırmağa müvəffəq olmadı. Dekabrın sonunda hər 2 tərəf tez-tez pozulan atəşkəsi bərpa etmək üçün yenidən görüşdü. Danışıqlar uğursuz oldu, tərəflər yalnız əsirlərin mübadiləsinə nail ola bildilər.

Ukrayna və Qərb Moskvanı separatçıları qoşun və silahla təmin etməkdə, Şərqi Ukraynada münaqişəni qızışdırmaqda ittiham edir. Kreml isə bu ittihamları inkar edir. Sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərbə vurub, eləcə də neftin qiymətinin ucuzlaşmasına təsir göstərib. Rublun məzənnəsi aşağı düşüb. Noyabr statistikasına görə, ölkənin iqtisadi artımı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 0,5% azalıb. Bu, 2009-cu ilin oktyabrından bəri Rusiyada ilk iqtisadi azalma deməkdir.

BMT-nin hesabatına görə, Rusiyanın Krımı anneksasiyasından sonra apreldə Şərqi Ukraynanın Donetsk və Luqansk əyalətlərində münaqişə başlayıb. İndiyədək 4700 nəfərdən çox insanın həlak olduğu bildirilir.

Merkel hesab edir ki, Krımla bağlı bəzi sanksiyalar ləğv olunmayacaq. Bunun üçün Rusiya Krımı geri qaytarmalıdır.

Qazaxıstan danışıqları

Yanvarın 8-də Merkel bildirib ki, Qazaxıstan görüşü üçün hazırlıq işləri gedir, lakin bunun uğurlu olacağı hələlik naməlumdur. Ötən ay Ukrayna prezidenti Petro Poroşenko yanvarın 15-də Astanada Fransa, Almaniya və Rusiya liderləri ilə görüşəcəyini bildirmişdi. "Yaxın günlərdə aparılan danışıqlardan sonra bu cür görüşə hazır
olub-olmamağımız aydın olacaq", - Merkel deyib.

Yatsenyukla görüşdən bir gün əvvəl xakerlər Almaniya parlamentinin aşağı palatası olan Bundestaq və Merkelin rəsmi səhifəsinə hücum etmişdilər. Rusyönümlü "CyberBerkut" qrupu bunu Yatsenyukun Berlinə səfəri ilə əlaqədar etdiyini iddia edib.

Ukraynaya yeni yardım

Yanvarın 8-də Aİ Komissiyasının prezidenti Jan-Klod Yunker müflisləşmək üzrə olan Kiyevə kömək üçün 1,8 milyard avroluq yardım ayrıldığını açıqlayıb. Ötən il də orta müddətli dövr üçün Ukraynaya 1,4 milyard avroluq kredit verilmişdi. Aİ-nin 28 üzvü və Avropa Parlamenti yeni əlavə yardımı hələ təsdiqləməyib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib