SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
09 Yanvar 2015 | 10:30
Aİ-nin sağyönümlü qüvvələri Paris qətliamından yararlanmağa çalışır
A
A
print
Baxılıb: 2415

Aİ-nin sağyönümlü və populist partiyaları Fransanın satirik "Charlie Hebdo" jurnalı redaksiyasına hücumdan siyasi mənfəət götürməyə çalışırlar. 12 nəfərin ölümünə səbəb olan qətliamdan 1 gün sonra bəzi ölkələrin populist partiyaları bundan nüfuzlarını artırmaq üçün istifadə etməyə başlayıb. Xəbəri "EUobserver" yayıb.

Fransanın immiqrasiyaya qarşı çıxan "Milli Cəbhə" partiyasının lideri Marin Lö Pen bildirib ki, 2017-ci ildə prezident seçilsə, ölüm hökmü ilə bağlı referendum keçirilməsinə çalışacaq. "Ölüm hökmü ilə bağlı Fransada referendum keçirilməsini təklif etmək istəyirəm. Şəxsən hesab edirəm ki, bu variant mütləq olmalıdır", - o, Fransa televiziyasına bildirib.

Fransada ölüm hökmü 1981-ci ildən ləğv olunub, həmçinin Aİ-nin əsas hüquqlar xartiyasına görə, buna qadağa qoyulub.

Yanvarın 8-də Hollandiyada anti-Aİ və anti-islam siyasətçisi Geert Vilders video müraciətini yayımlayıb. O, Parisdəki terror hücumu ilə bağlı "sərt tədbirlər" təklif edib. "Qatar vağzalı, küçələri və ticarət mərkəzlərini qorumaq üçün ordu hərəkətə keçməlidir", - holland parlamentinin sağyönümlü üzvü bildirib. Vilders əvvəlki kimi bildirib ki, "islam ölkələrin"dən immiqrasiyaya son qoyulmalı, Hollandiya Şengen zonasından çıxmalıdır. "Biz ölkəmizi islamlaşdırmamalıyıq", -o deyib.

Almaniyanın bazar ertələri "axşam gəzintiləri" təşkil edən anti-islamlaşdırma PEGİDA hərəkatı isə bildirib ki, Paris qətliamı islam təhlükəsini bir daha sübut etdi.

"Bu qətliam islam təhlükəsinə məhəl qoymayan və bunu ciddi qəbul etməyənlərin yanlış fikirdə olduğunu göstərdi. Bu hadisə PEGİDA-nın tələblərinə təkan verir", - Anti-avro AfD (Almaniya üçün Alternativ) partiyasının regional lideri Aleksandr Gauland deyib.

Britaniyanın anti-Aİ UKİP partiyasının lideri Naycl Faraaj bildirib ki, "Charlie Hebdo" terror aktına Avropa ölkələrinin "xəyanətkarları" cavabdehlik daşıyır. "Britaniyada hamımız görmüşük, həmçinin mən özüm də görmüşəm ki, bunun səbəbi digər ölkələrdəki geniş multikulturalizm siyasətidir. Demək istəyirəm ki, biz insanları öz mədəniyyətlərində olduqları kimi qalmağa və bizim cəmiyyətə inteqrasiya olunmamağa sövq etmişik", - o, LBC (London) radiosuna bildirib.

Aparıcı siyasi partiyalar isə əksinə, bildirirlər ki, Paris qətliamının islam ekstremistləri ilə heç bir əlaqəsi yoxdur. Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bildirib: "Belə bir gündə bu fərqi aydınlaşdırmaq çox vacibdir."

"Terrorun səbəbi terroçuların özləridir. Onlar tapılmalı, mühakimə olunmalı və cəzalarını almalıdırlar", - Britaniyanın baş naziri Devid Kemeron bildirib.

Digər ölkələr bütün siyasi partiyaları dialoqa səsləyiblər. Qeyd edək ki, yanvarın 8-də axşam Danimarka radiosunda siyasi partiyalar dialoq aparıblar. Paris qətliamından sonra fikir azadlığı və demokratiya məsələləri müzakirə olunub. Bu cür dialoqlar adətən seçki kampaniyaları ərəfəsində keçirilir.

Aİ Komissiyası da terrorla mübarizəyə qarşı yeni proqram təklif etmək niyyətində olduğunu bildirib. Yanvarın 8-də Komissiya prezidenti Jan-Klod Yunker deyib ki, proqram "yaxın həftələrdə" elan olunacaq. "Üzv ölkələr arasında əməkdaşlığın keyfiyyətini sınaqdan keçirəcəyik", - o əlavə edib.

Aİ əvvəllər də anti-terror təşəbbüsləri ilə bağlı təkliflər verib. Buna baxmayaraq, bəzi ölkələr kəşfiyyat məlumatlarını paylaşmağa meylli olmadığı üçün müzakirələr həmişə yarımçıq qalıb.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib