SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
09 Yanvar 2015 | 11:00
Parisdə daha bir polis zabiti güllələndi
A
A
print
Baxılıb: 2501

Rəsmilərin və şahidlərin sözlərinə görə, yanvarın 8-də qatil Parisin cənubunda polis zabitini güllələyərək öldürüb, yaxınlıqdakı küçə təmizlik işçisini isə yaralayıb. Fransanın daxili işlər naziri 12 nəfəri ölümünə səbəb olan "Charlie Hebdo" qətliamından sonra insanları tez mühakimə yürütməməyə çağırıb.

Fransanın daxili işlər naziri Bernard Kaznöv (Bernard Cazeneuve) bildirib ki, dan yeri açılmamış hadisəni törədən qatil hələ azadlıqdadır. Qatilin 2 polis zabitinin ölümünə səbəb olan "Charlie Habdo" qətliamı ilə əlaqəsi olub-olmadığı hələlik məlum deyil.

8 yanvar atışması zabitin yol qəzasını araşdırdığı vaxt baş verib. Paris polisi 2-ci qurbanın təmizlik işçisi olduğunu bildirib. Fransa polis ittifaqından Emmanuel Cravellonun bildirdiyinə görə, zabit sonradan aldığı yaradan dünyasını dəyişib.

"Atəş açan adam qaçanda zabit ağ rəngli avtomobilin yanında dayanmışdı", - hadisəni yaxınlıqdakı evindən görən Ahmed Sassi bildirib. Sassinin sözlərinə görə, qatil maskasız olub və əyninə qara paltar geyinibmiş. "Böyük silaha oxşamırdı, çünki bir əlində tutmuşdu", - Sassi deyib.

Kaznöv fövqəladə hökumət yığıncağını tərk edərək hadisə yerinə yollanıb. "Charlie Hebdo" jurnalının Paris ofisinə hücumdan sonra Fransa yüksək həyəcan vəziyyətindədir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib