SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
27 Fevral 2015 | 13:09
Xocalı faciəsi yəhudi muzeyində anıldı
A
A
print
Baxılıb: 2717

Fevralın 26-da Brüsseldə yerləşən Belçika Yəhudi Muzeyində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev və Benilüks ölkələrində yaşayan azərbaycanlı icmasının nümayəndələri iştirak edib.

Konfransdan öncə, Belçika Yəhudi Muzeyinin direktoru Filip Blondenin (Philippe Blondin) iştirakı ilə soyqırım və terror qurbanlarının xatirəsinə muzeyin önünə gül çələngi qoyulub.

Konfrans zamanı çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi haqda məlumat verib və Xocalı faciəsinə beynəlxalq qurumlar tərəfindən hüquqi qiymətin verilməsinin zərurətini vurğulayıb. O, həmçinin, azərbaycanlıların və yəhudilərin hər zaman sülh içində yaşadıqlarının və Azərbaycanın antisemitizmin olmadığı nadir ölkələrdən biri olduğunu deyib. Səfir Fuad İsgəndərov da Xocalı soyqırımının Azərbaycan tarixində qara səhifə olduğunu qeyd edib. Səfir xüsusən vurğulayıb ki, azərbaycan və yəhudi xalqlarının ortaq tarix paylaşır. Daha sonra söz alan Avropa Yəhudilərinin İctimai Əlaqələr üzrə Cəmiyyətinin direktoru Levi Matusof öz növbəsində tədbir təşkilatçılarına təşəkkürü bildirib, azərbaycan və yəhudi xalqlarının dost olduqlarını, Azərbaycanın acılarını paylaşdığını deyib. 

Daha sonra tədbirdə BAK idarə heyətinin üzvləri çıxış ediblər.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib