SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
01 Oktyabr 2015 | 11:53
Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu
eunews.az
A
A
print
Baxılıb: 1109

Avropa Parlamentinin Liberal və Demokratlar qrupunun təşəbbüsü ilə keçirilən "Şərq qonşuluğunda dondurulmuş münaqişələri necə həll etməli" seminarı tanınmış diplomatlar və ictimai xadimləri bir araya gətirmişdi.

Toplantıya sədrlik edən avroparlamentari Fernando Maura Barandiaran (Liberal Demokrat) Avropa İttifaqının şərqindəki həll olunmayan hərbi münaqişələrin qitə üçün təhlükə olduğunu və bu vəziyyətin qəbuledilməzliyini qeyd edib. O, durumun bu şəkildə olmasında Rusiya Federasiyasının birbaşa məsuliyyət daşıdığını dilə gətirib. Onun fikrincə, Rusiya öz "oportunist siyasəti" ilə keçmiş SSRİ dövlətlərinin qərbə inteqrasiyasının qarşını almaqla məşğuldu. Fernando Maura Barandiaran bunun Rusiya xarici siyasətinin daimi xarakterinə çevrilməsindən təəssüfləndiyini də gizlətməyib. 

Aİ-nin Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Heiki Takvitie də çıxışını Rusiyanın sözügedən münaqişələrdəki iştirakı üzərində qurdu. Onun fikrincə, Rusiya hər an hər bir şərqi Avropa ölkəsində həlbi güc tətbiq etməyə qadirdir. Diplomat vurğulayıb ki, Azərbaycan Qarabağda nəzarətini hərbi yolla bərpa etməyə çalışsa Ermənistan ilə deyil, Rusiya ilə qarşılaşacaqdır. Münaqişənin həlli prosesinin tarixinə nəzər salan Talvitie Minsk qrupunda ABŞ-ın həmsədrliyinə Rusiyanın ilk başda razı olmadığını yada salıb. Onun fikrincə, Rusiyanı sonunda razı salan məqam o oldu ki, qərbli həmsədrlərin prosesə cəlb olunması münaqişənin dondurulmasına töhvə verir. Nəticədə Rusiyada regionda daimi təsir imkanına malik olur. 

Heiki Talvitie Azərbaycan tərəfinin səsləndirdiyi fikri iştirakçıların diqqətinə çatdırıb: bu, zamanın Azərbaycanın xeyrinə işlədiyi, Ermənistanın iqtisadi çətinliklərdə boğulduğu fikridir.  

Gürcüstan parlamentinin deputatı Viktor Dolidze bu münaqişələrdə Rusiyanın məsuliyyətinə diqqət çəkdi. Onun fikrincə Gürcüstandakı münaqişələr heç də dondurulmuş deyil və hər an əsas enerji və nəqliyyat layihələrini, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru xəttini və Bakı-Tbilisi-Qars dəmir yolu xəttini təhlükə altına almaq iqtidarındadır. Viktor Dolidze çıxışı zamanı bəyan edib ki, ölkəsi enerji sahəsindəki müstəqilliyini Azərbaycanın sayəsində əldə etmişdir. "Rusiya ilə hərbi münaqişənin ardınca Gürcüstanın Rusiya tərəfindən enerji ilə təchizatı dayandırılsa da, Azərbaycan bizim köməyimizə gəldi", deyə deputat əlavə edib.

Avropa Xarici Siyasət Xidmətinin Rusiya və Şərq Tərəfdaşlığı şöbəsinin direktoru Qunnar Viqand (Gunnar Wiegand) Aİ-nin məqsədinin sadə olduğunu vurğulayıb: şərq qonşuluğunda stabilliyə nail olmaq. Onun fikrincə bu qonşuluq tək Rusiyaya aid deyil. "Dondurulmuş münaqişə" termininin yaxşı məna vermədiyini bildirən diplomat onların inkişaf və tərəqqi üçün əsas maneə olduğuna diqqət çəkib. Bu münaqişələr sərmayələrin və beyinlərin regiondan xaricə qaçmasına səbəb olur. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Viqand təəssüflə bildirib ki, münaişənin həllində heç bir irəliləyiş yoxdur və ortada olan yeganə razılıq atəşkəslə bağlıdır ki, o da tez-tez pozulur. Tərəflər bəyanatlarla kifayətlənirlər və konkret addımlar atmaqdan ehtiyyat edirlər. Viqand Aİ-nin Cənubi Qafqaz üzrə hazırki xüsusi nümayəndəsinin münaqişələrin həlli sahəsində təcrübəsi olduğunu, Bakıda və regionun digər şəhərlərində daimi görüşlər keçirdiyini də yada salıb. Vətəndaş cəmiyyətinin münaqişə həllindəki roluna gəlincə, diplomatın fikrincə Türkiyə və Ermənistan cəmiyyətlərinin yaxınlaşması Qarabağ münaqişəsinin həllində də positiv irəliləyişə səbəb ola bilər. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib