SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
12 Oktyabr 2015 | 16:07
Suriya müharibəsi və onun kökləri: qısa arayış
A
A
print
Baxılıb: 2374

Müstəqil və yenidən müstəqil Suriya

1918-ci ilin ərəb xalq hərəkatının ardından Osmanlı imperiyasından ayrılan Suriya 1920-ci il fransız işğalı ilə müstəqilliyini yenidən itirir. Fransa işğalı 1946-cı ilədək davam edir və Böyük Britaniyanın siyasi müdaxiləsindən sonra fransız qoşunları ölkəni tərk edir.

Qeyri-stabil və çox stabil hakimiyyət

Mürəkkəb siyasi vəziyyətdən və bir-birini əvəzləyən dövlət çevrilişlərinin ardınca  pan-ərəb və sosialist Baas partiyası hakimiyyətə gəlir. 1970-ci ildə hərbi çevriliş vasitəsilə hakimiyyəti ələ alan Hafiz Əl-Əsəd ömrünün sonunadək, yəni 2000-ci ilədək hakimiyyətdə qalır. Son dərəcə mərkəzləşmiş və təkpartiyalı siyasi rejim quran Hafiz Əl-Əsəd ona müxalif mövqedə durmuş sünni “Müsəlman qardaşları”nı darmadağın etməyə də müvəffəq olur.

1f922611313998824f7d25e43b033743

(Hafiz Əl-Əssəd (sağdan birinci) Liviya lideri Qəddafi və Misir lideri Sadat ilə birgə, 1971)

Güclü və kövrək dövlət

Hafiz Əl-Əsədi əsasən Suriyada sayca azlıq təşkil edən Nüseyrilər və fermerlər dəstəkləyirdilər. Nüseyri təriqətinin əsası şiələrin 11-ci imamı sayılan Həsən əl-Əskərinin şagirdi olmuş Məhəmməb ibn Nüseyri tərəfindən 883-cü ildə qoyulmuşdur. Nüseyrilər həm də ələvilər kimi tanınırlar. Əsəd ailəsinin də mənsub olduğu ələvilər Suriya əhalisinin 12%-ini təşkil edir.

Bundan əlavə Baas partiyası ordunun da dəstəyinə arxalanır. Suriya ordusu həcminə görə dünyanın 13-cü ən böyük ordusu sayılır (Mənbə: Nationmaster). Əl-Əsəd Suriyası sosialist və anti-imperialist (anti-ABŞ, anti-İsrail) xətti götürür. İsrail və Türkiyə ilə soyuq münasibət saxlayan Suriya bu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir: İsraildən Qolan yüksəkliklərini, Türkiyədən isə Hatayı tələb edir.

Xəstə Suriya və həkim Bəşər

Ölümündən sonra hakimiyyətə Hafiz Əl-Əsədin oğlu Bəşər Əl-Əsəd gəlir. Bəşərin hakimiyyətə iddiası olmasa da, böyük qardaşı Baselin faciəvi ölümündən sonra (1994) atasının yeganə davamçısı olmağa məcbur olur.

İxtisasca həkim olan Bəşər “mədəni” və “mülayim xasiyyətli” adam kimi tanınırdı. O, Londonun mərkəzində yaşayır, böyük maliyyə şirkətində işləyirdi. Bəşər məzhəbcə sünni, suriya əsilli britaniyalı Əsmə ilə ailə qurub.

Qardaşının ölümündən sonra ölkəyə qayıdıb orduda xidmət etməyə başlayan Bəşər polkovnik rütbəsinədək yüksəlir.

Hakimiyyətə gəlişindən sonra Bəşər Əl-Əsəd bəzi yeniliklər gətirsə də, atasının siyasi xəttinə sadiq qalır. O, 1963-cü ildən qüvvədə olan fövqəladə rejimi ləğv edir və qismən iqtisadi liberallaşma aparır. Bununla belə, siyasi liberallaşmanın ömrü qısa olur, 2007-ci ildə ölkədə facebook, youtubetwitter qadağan olunur. Özünün də bəyan etdiyi kimi, “siyasi islahatlar iqtisadi islahatlardan sonra gəlir”. Bəşər İsrailə qarşı Həmas və Hezbollah silahlı qruplaşmalarını dəstəkləyir. İran və Rusiya ilə müttəfiq olan Suriya öz ərazisində rus hərbi bazaları saxlayır.

 

3FSxrjXR54An0iHvnzas8wHl-G0

(Bəşər Əl-Əsəd)

Beynəlxalq vətəndaş müharibəsi

2011-ci ildə mərkəzi hakimiyyətə qarşı başlanmış kütləvi etirazlar tez bir zamanda vətəndaş müharibəsinə çevrilir. Münaqişənin kökləri dərindir. Suriya əhalisinin üçdə birini 18-24 yaşlı gənclər təşkil edir. Münaqişədən qabaq gənclər arasında işsizlik yüksək səviyyədə idi. 2011-ci ilin yaz və yay aylarında hər cümə namazından sonra imamlar tərəfindən gənclər arasında etiraza çağırışla bağlı siyasi təbliğat aparılırdı. Etirazlar başlayandan bir müddət sonra polis kütləvi etirazların qarşısını almaqda çətinlik çəkməyə başladı, nəticədə ordu müdaxilə etdi. Şəhərlər hərbi texnika və aviasiya ilə əhatə olunmağa başladı. Buna cavab olaraq bəzi sünnilər fərarilik edərək Azad Suriya Ordusu - müxalif hərbi qruplaşma yaratdılar. 2011-ci ilin sonunda hakimiyyətə iddia küçə döyüşləri ilə nəticələndi.

Suriya müxalifəti Əl-Əsəd rejiminə qarşı olan ölkələrdən maddi yardım alır və Azad Suriya Ordusu yaradaraq ölkənin şimal qərbində olan bir neçə şəhəri silahlı nəzarətə götürür. Vəziyyətin mürəkkəbləşməsindən istifadə edən islamçı qruplar 2013-cü ildə İraq və Şamın İslam Dövləti adlı silahlı qruplaşma yaradır və İraqla Suriya ərazilərindən ibarət birləşmiş İslam dövləti yaratmağı qarşılarına məqsəd qoyurlar. Bununla da, Suriya hakimiyyətinin silahlı müxalifətinə biri də əlavə olunur. İslam Dövləti Suriya və İraqda geniş əraziləri qısa zamanda işğal etməyə nail olur. Eyni anda həm Suriya hakimiyyətinə, həm də İslam Dövlətinə qarşı silahlı müqavimət göstərən kürd yaraqlıları ölkənin şimalını nəzarətə götürür.

5446872718_58987aebcb_b

(Dəməşq, müharibədən əvvəl)

Vətəndaş müharibəsində boğulan Suriya öz maraqlarını qorumağa çalışan böyük dövlətlərin də savaş meydanına çevrilir. Münaqişəyə bu və ya digər şəkildə cəlb olunmuş dövlətlətin mövqeləri və fəaliyyətləri aşağıdakı kimidir:

ABŞ

Dəstəkləyir: Azad Suriya Ordusu, kürd silahlıları

Qarşı çıxır: Əl-Əsəd hakimiyyəti, İslam Dövləti

Fəaliyyəti: ABŞ İslam Dövləti və Əl Qaedə-nin mövqelərini bombalayan beynəlxalq koalisiyanın başındadır

Rusiya

Dəstəkləyir: Bəşər Əl-Əsəd

Qarşı çıxır: İslam Dövləti, Azad Suriya Ordusu

Fəaliyyəti: Suriya müxalifət qüvvələri və İslam Dövlətinin mövqelərini bombalayır, Əl-Əsəd ordusunu silah-sursatla təchiz edir

Fransa

Dəstəkləyir: Azad Suriya Ordusu

Qarşı çıxır: Əl-Əsəd hakimiyyəti, İslam Dövləti

Fəaliyyəti: İslam Dövlətinin mövqelərini bombalayır

Böyük Britaniya

Dəstəkləyir: Azad Suriya Ordusu

Qarşı çıxır: Əl-Əsəd hakimiyyəti, İslam Dövləti

Fəaliyyəti: İslam Dövlətinin mövqelərini Suriya və İraqda bombalayır, İslam Dövlətinə cəlb olunmuş Britaniya vətəndaşlarına pilotsuz təyyarələrdən zərbələr endirir

Türkiyə

Dəstəkləyir:  İslam Dövləti və Əl Qaedə-nin mövqelərini bombalayan və ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya

Qarşı çıxır: Əl-Əsəd hakimiyyəti, kürd silahlıları

Fəaliyyəti: Suriyanın şimalını bombalayır, milyonlarla suriyalı qaçqını öz ərazində məskunlaşdırır

İran

Dəstəkləyir: Bəşər Əl-Əsəd

Qarşı çıxır: İslam Dövləti, Azad Suriya Ordusu, Suriya müxalifəti

Fəaliyyəti: Əsəd hakimiyyətini silah-sursatla təchiz edir, Əsədin tərəfində döyüşən Livan Hezbollahına maddi dəstək verir.

Səudiyyə Ərəbistanı  

Dəstəkləyir: Suriya müxalifəti və sünnü qruplaşmaları

Qarşı çıxır: Əl-Əsəd hakimiyyəti,

Fəaliyyəti: Müxalifətə maddi yardım edir, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyada iştirak edir

Qətər

Dəstəkləyir: Suriya müxalifəti

Qarşı çıxır: Əl-Əsəd hakimiyyəti

Fəaliyyəti: Müxalifətə maddi yardım edir

 

Demoqrafik faciə

1946-cə ildən 2011-ci ilədək Suriyanın əhalisinin sayı 3 000 000-dan 23 000 000-adək artmışdır. Vətəndaş müharibəsi başlayandan bəri əhalisinin sayı 22 000 000-a yaxın olan Suriyada 250 000-dən çox insan həlak olub, təxminən 12 000-i uşaq olmaqla, 72 000-ə yaxın mülki şəxs həyatını itirmiş, ümumi olaraq isə 240.381 nəfərin ölümü sənədləşdirilmişdir. 4 000 000-dan çox Suriya vətəndaşı öz evini tərk edib qonşu ölkələrdə qaçqın kimi qeydiyyatdan keçmişdir. Onlardan 1 900 000-a yaxını Türkiyədə, 1 200 000-i Livanda, 250 000-i İraqda, 650 000-i İordaniyada, 132 000-i isə Misirdə müvəqqəti olaraq məskunlaşmışıblar. 7 633 000 insan Suriya daxilində məcburi olaraq öz evlərini tərk ediblər. Avropada qeydiyyatdan keçmiş qaçqınların sayı 441 246 nəfərdir.

 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib