Eunews :: Haqqımızda

Səhifəmizin yaradılmasında əsas məqsəd Avropadan, xüsusilə Avropa İttifaqı qurumlarından Azərbaycan ictimaiyyətinə düzgün məlumat axınını təmin etməkdən ibarətdir. Hədəfimiz Avropa təsisatlarının Azərbaycan və Cənubi Qafqaz regionu ilə bağlı fəaliyyətini dəqiq və operativ şəkildə yaymaq, etibarlı məlumat mənbəyi olmaqdır.

Xəbər portalı Avropa İttifaqı qurumları yanında şəffaflıq reyestrində qeydiyyatdadır. Bu isə öz növbəsində imkan verir ki, Avropa İttifaqı siyasi və inzibati qurumlarının regionumuz üçün aktual əhəmiyyət kəsb edən məsələlərə dair mövqeyi Azərbaycan oxucusuna təqdim edilsin.

Bununla yanaşı, ölkəmizdə Avropa İttifaqı üzrə ixtisaslaşan jurnalistlərin formalaşmasına töhfə vermək bizim üçün prioritet istiqamətlərdən biridir.

http://eunews.az/about/