Eunews :: Enerji

TAP yeni təchizat müqaviləsi ilə bağlı tender elan edib
13/12/2014

Trans-Adriatik Boru Kəməri (TAP) yeni təchizat müqaviləsi üçün tender elan edib. Budəfəki tender iki qaz-kompressor stansiyasında quraşdırılması nəzərdə tutulan 6 qaz turbin turbo kompressorları ilə bağlıdır. Tender iki hissədən ibarət olacaq və müvafiq olaraq hər biri Yunanıstan və Albaniya ərazisindəki təchizatlarla əlaqəlidir.

Müqavilənin həcminə 15 Meqa Vattlıq 6 qaz turbin turbo kompressorun çatdırılması və quraşdırılmasını prosesləri daxildir. Qaz kompressor stansiyalarının tachizatı 25 noyabr, 2014-cü il tarixli müqavilənin tərkib hissələri idi.

TAP-ın təchizat məsələləri üzrə direktoru Knut Şteynar Kvindesland “Qaz turbin turbo kompressorları boru kəmərinin tikilməsi prosesində çox önəmli məsələlərdəndir. Tender zamanı podratçılar üçün yüksək səviyyəli standartlar müəyyənləşib. Yalnız SƏTƏM qaydalarına uyğun şəkildə fəaliyyət göstərən və TAP standartlarına uyğun olan podratçılar seçim prosesində iştirak edəcəklər”, - deyə bildirib.

Qısa arayış

TAP “Şahdəniz” yatağının 2-ci fazasından Azərbaycandan Avropaya təbii qazın nəqli üçün inşa edilməsi nəzərdə tutulan 870 kilometrlik boru xəttidir. TANAP boru kəmərinin davamı olaraq, Türkiyə-Yunanıstan sərhəddinin Kipoi məntəsindən başlayaraq, Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca uzanan TAP boru kəməri sonunda İtaliyanın cənub sərhədlərinə çatacaq.

TAP boru kəməri öz marşrutu boyunca iqtisadi inkişaf və iş yerlərinin yaradılmasına təkan verəcək. Bu, heç bir qrant və ya subsidiyalardan asılı olmayan, eləcə də birbaça xarici investisiyaların hesabına maliyyələşən layihədir. Qazın ilkin satışı 2018-ci ildə Gürcüstan və Türkiyəyə nəzərdə tutulub. Bu prosesdən bir il sonra təbii qazın Avropaya satışı mümkün olacaq.

TAP səhmdarları BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “Axpo” (5%) şirkətləridir. 

http://eunews.az/energy/20141213122810266.html