Eunews :: Siyasət

Alen Le Roy EEAS-ın baş katibi təyin olundu
08/01/2015

Yanvarın 7-də ali nümayəndə, vitse-prezident Federika Mogerini cənab Alen Le Royu EEAS-ın (Avropa xarici fəaliyyət xidməti) yeni baş katibi vəzifəsinə təyin edib.

Le Roy Aİ-nin sabiq Yuqoslaviya ölkəsi olan Makedoniyada xüsusi nümayəndəsi, BMT-nin sülh əməliyyatları üzrə baş katibinin müavini vəzifəsində çalışan fransız diplomatıdır. Alen Le Roy 2015-ci il martın 1-dən vəzifəsinin icrasına başlayacaq. Buna hazırlıq üçün o, yanvarın ortalarından EEAS-da ali nümayəndənin xüsusi müşaviri kimi işə başlayacaq.

"Alain Le Royun diplomatik təcrübəsi EEAS-ın idarə olunması, Avropanın effektiv və qəti xarici siyasətində əsas vasitə olacaq. Bu gün qarşıda duran məsələlər çoxdur. Əminəm ki, Alen Le Roy EEAS-ın yeni katibi kimi buna olduqca dəyərli töhfə verəcək", - xanım Mogerini deyib.

http://eunews.az/politics/20150108103951877.html