Eunews :: Siyasət

Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib
09/01/2015

Avropa Parlamenti "Charlie Hebdo" qətliamı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Brüsseldə parlament binasının xaricində ictimaiyyət üzvləri parlamentarilərə və digər heyətə qoşularaq ölən 12 nəfəri yad ediblər. "Hamı kimi mən də "Çarliyəm deyirəm", - Avropa Parlamentinin prezidenti Martin Şults 1 dəqiqəlik sükutdan əvvəl bildirib.

Parlamentarilər satirik jurnalın redaksiyasına hücumu ciddi qınayıblar, ölənlərin ailələrinə və dostlarına başsağlığı veriblər. Qurbanların xatirəsinə hörmət əlaməti olaraq Aİ və Fransa bayraqları dünəndən yarıya qədər endirilib.

http://eunews.az/politics/20150109110229443.html