Eunews :: Siyasət

Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək
14/10/2015

Oktyabrın 15-də Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası "Perinçek İsveçrəyə qarşı" işində son qərarını elan edəcək. 

Doğu Perinçek Türkiyəli hüquq elmləri doktoru, Türk Fəhlə Partiyasının lideridir.  

9 mart 2007-ci ildə İsveçrəyə mühazirə səfərində "erməni soyqırımına" "Beynəlxalq yalan" damğası vurduğuna görə İsveçrə məhkəməsi Doğu Perinceki cərimələmişdi. Məhkəmədə şikayətçi tərəf İsveçrə-Ermənistan Assosiyasiyası idi. 

İsveçrə məhkəməsinin qərarı ilə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozulduğunu iddia edən Perinçek 2008-ci ildə AİHM-ə şikayət edir. 2013-cü ilin 17 dekabrında çıxardığı qərarla AİHM 10-cu maddənin pozulduğunu elan edir. 

İsveçrə hökuməti işin Böyük Palataya göndərilməsi üçün müraciət edir və müraciət qəbul olunur. İş üzrə dinləmə bu ilin 28 yanvarında keçirilib. 

Böyük Palatanın qərarı oktyabrın 15-i, Strasburqda, yerli vaxtla saat 11:45-də elan olunacaq.

http://eunews.az/politics/20151014044430036.html