SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
13 Fevral 2014 | 09:01
Viktor Dolidze: "Soçi oyunlarından sonra nəyinsə dəyişəcəyinə ümid etmək olmaz"
photo: parliament.ge
A
A
print
Baxılıb: 593

Gürcüstan Parlamentinin deputatı Viktor Dolidze “eunews.az”a müsahibəsində ölkəsinin NATO üzvlüyü və Rusiya ilə münasibətlərindən danışıb.

NATO-nun Uelsdə keçiriləcək növbəti sammitində Gürcüstanın daha sürətli inteqrasiyası üçün vəd olunan “yeni alət” deyərkən, nə nəzərdə tutulur? Söhbət “üzvlük üçün fəaliyyət planı”ndan gedir?

Yaşayarıq, görərik. Biz cəmiyyətdə heç nədən ümid yaratmaq istəmirik. Çünki bu, heç vaxt işə yaramır. Biz məsələlərə real yanaşmalıyıq. NATO-nun Gürcüstanla bağlı milli planına uyğun olaraq, effektiv şəkildə irəliləmişik. Digər tərəfdən, quruma daha sıx şəkildə inteqrasiya etməyə ehtiyacımız var. İndi təklif olunan inteqrasiya alətinin nə olduğu bəlli deyil. Bu, “üzvlük üçün fəaliyyət planı” da ola bilər, başqa bir alət də. Ən əsası, siyasi iradənin olmasıdır. Bu iradə olduqdan sonra inteqrasiyanın yollarını və alətini tapmaq asandır. Düşünürəm ki, biz - gürcüstanlılar bu işin öhdəsindən möhtəşəm şəkildə gəlirik. Gürcüstan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri çərçivəsində NATO missiyalarına əsas töhfə verən ölkələrdəndir. Odur ki, irəliləyişlərin olacağına ümid edirik. İrəliləyiş sabah, birisi gün, ya da Uelsdə olacaq, bunu həyat göstərəcək. Ancaq ümidvaram ki, bu il baş verəcək.

Rusiya prezidenti Vladimir Putinin Gürcüstan rəsmiləri ilə görüşə hazır olduğu haqda bəyanatını necə şərh edərdiniz?

Bu cür bəyanatlar həmişə yaxşıdır. Əlaqələrin olması olmamasından daha yaxşıdır. Bunun üçün biz yüksək səviyyəli görüşlər təşkil etməliyik. Bu cür görüşlər üçün hazırıqmı? Bunun üçün baza, ekspertlər mövcuddurmu? İqtisadiyyat, siyasət, işğal barəsində heç kim bir masa arxasında müzakirə aparmayıb. Bununla belə, müzakirələrin bərpa edilməsi faydalıdır. Zurab Abaşidze (Gürcüstan baş nazirinin Rusiyayla danışıqlar üzrə nümayəndəsi -red) və Qriqori Karasin (Rusiya xarici işlər nazirinin müavini - red) arasındakı dialoqu misal gətirə bilərəm. Xatırladım ki, bu dialoq Gürcüstanın təşəbbüsü idi. Bunun hansı yöndə irəliləyəcəyini zaman göstərəcək.

Gürcüstanın işğal olunmuş ərazilərində təmas xəttinin ölkənin içərilərinə doğru çəkilməsinin nəticələri nə ola bilər?

Prezident Putinin dialoqa hazır olması bəyanatına paralel olaraq bu məsələnin adekvatlığı şübhə doğurur. Bir tərəfdən xoş məramdan, pozitiv və konstruktiv elementlərdən danışırıq, digər tərəfdən isə Rusiya bizim ərazimiz daxilində sərhəd çəkir. Odur ki, biz avropalı, amerikalı və digər tərəfdaşlarımızla birgə siyasi, iqtisadi, hərbi təhdidlərə sinə gərməliyik. Çünki Soçi oyunlarından sonra təəssüf ki, nəyinsə dəyişəcəyinə ümid etmək olmaz.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib