SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
29 İyun 2014 | 14:54
İlham Əliyev: "Azərbaycanda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik"
foto: eunews.az
A
A
print
Baxılıb: 892

Azərbaycan prezidenti "New Europe" portalının suallarını cavablandırıb

NE - Siz 3-cü dəfə prezident seçkilərində qələbə qazandınız. Yeni dövr üçün prioritetləriniz nədən ibarət olacaq?

İlham Əliyev: 2013-ci ilin prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə oldu. Bu seçim cəmiyyətimizin son 10 il ərzində yeritdiyimiz siyasi kursa doğru münasibətini nümayiş etdirdi. Onillik ərzində biz ümummilli lider Heydər Əliyevin yolunu izlədik və əminliklə söyləyə bilərəm ki, dövlət və cəmiyyət üçün öncədən müəyyən etdiyimiz məqsədlərə çatmaqda müvəffəq olduq.

NE - Həmin məqsədlər hansılar idi?

İlham Əliyev: Beləliklə, iqtisadi göstəricilər baxımından, Azərbaycan bir dünya lideri oldu. Düşünülmüş proqramlar əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində, bizim ÜDM 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri isə 16 dəfə artdı, strateji valyuta ehtiyatları həcmi indi 50 milyard dollardan çoxdur. 170 milyard dollardan artıq məbləğ milli iqtisadiyyata sərmayə olaraq yatırılmışdır.

NE - Sözügedən dəyişikliklər əhalinin gündəlik həyatında öz əksini tapdımı?

İlham Əliyev: Əlbəttə, belə sürətli inkişaf vətəndaşlarımızın təkmilləşdirilmiş rifahına gətirib çıxardı. Son 10 il ərzində əhalinin gəlirləri  6.5 dəfə və orta aylıq əmək haqqı 5,5 dəfə artdı.

NE. Bu kiyafət qədər böyük dəyişiklikdir.

İlham Əliyev: Həmçinin, yoxsulluğun 49%-dən 5.3%-ə qədər azalması və işsizliyin 5 %-ə qədər enməsi ölkənin mühüm nailiyyətləri kimi sayıla bilər. Son 10 ildə bizim şəhərlərdə, qəsəbə və kəndlərdə vəziyyət xeyli yaxşılaşmışdır. Ölkədə bir çox tikinti görülür və hər biri müasir standartlar və qabaqcıl texnologiyalara əsaslanaraq tətbiq olunur.

NE: Bu nailiyyətlər yalnızca ölkə daxilində hiss edilir, yoxsa Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə də təsirsiz ötüşmür?

İlham Əliyev: Azərbaycanın nailiyyətləri aparıcı beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən qəbul olunur. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatınının 2013-2014-cü il buraxılışına əsasən, Azərbaycan dünyada 39-cu yeri tutub.

NE. Azərbaycanın regiondakı vəziyyəti haqqında nə deyə bilərsiniz?

İlham Əliyev: Bu illər ərzində dünyadakı mövqeyimiz daha da gücləndi. Azərbaycan beynəlxalq əlaqələr arenasında yaxşı nüfuz qazanmışdır və ölkəmizə qarşı dərin hörmət ilə yanaşılır. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər ölkəmizin artıq regionda siyasi, iqtisadi və mədəni mərkəzi kimi görünməsinin sübutudur.

NE. Demək, mənə belə aydın oldu ki, siz bütün regional istiqamətlərdə uğur qazana bilməmisiniz.

İlham Əliyev: Xeyr, gərginlik, işsizlik və dünyada yoxsulluğun artan istiqamətləri fonunda Azərbaycanda tamamilə əks yönümlü inkişaf sürətinə, tərəqqi, əhalinin artan rifahına, ictimai-siyasi sabitlik proseslərinə, milli həmrəylik və daha çoxuna nail olmağı bacardıq və sözügedən məsələlər mənim 2013-cü prezident seçkiləri yekunlarına əsasən, qələbə qazanmağımın əsas göstəriciləri oldu.

NE. Seçkilər beynəlxaq aləmdə necə tanındı?

lham Əliyev: AŞPA, Avropa Parlamenti, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı (İKT), MDB və digər nüfuzlu təşkilatlar seçkini birmənalı şəkildə yüksək qiymətləndirərək, azad, ədalətli və şəffaf seçki kimi təsvir etdilər. Və bu, bizim insanlarımızın rəyinin, beynəlxalq ictimaiyyətin görüşləri ilə üst-üstə düşməsini bir daha təsdiqləyir.

NE: Gələcək haqda planlarınız hansılardı?

İlham Əliyev: Bizim planlarımız çox böyükdür. Bizim gündəmə dair əhəmiyyətli məsələlər var. Azərbaycanın potensial inkişafı, iqtisadiyyatının rəqabət qabiliyyətinin genişləndirilməsi, müasir cəmiyyətin qurulması, əhalinin rifahının yaxşılaşdırılması, xarici siyasət prioritetlərinə müvafiq olaraq beynəlxalq mövqelərimizin gücləndirilməsi, korrupsiya, rüşvətxorluğa qarşı sistemli mübarizə aparılması ilə bağlı fəaliyyətlərimiz və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi ardıcıl şəkildə davam etdiriləcək.

NE: Azərbaycan 2013-cü il – İKT ilində İKT sahəsində böyük uğurlar əldə etdi

İlham Əliyev: Bu faktdır ki, Azərbaycanda həyata keçirilən iqtisadi-siyasi fəaliyyət ölkənin real potensialı, ən yaxşı beynəlxalq təcrübədən istifadə və konkret proqramlar əsasında həyata keçirilir. Təcrübə göstərir ki, yeni texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafı üçün əsas şərtlərindən biridir. Bu səbəblə innovasiya həm iqtisadiyyatda, həm də bütün başqa sahələrdə tətbiq edilməlidir. İnformasiya və kommunikasiya texnologiyaları sektorunun sürətlə inkişafı bizlərə böyük gələcək vəd edir. 2003-cü ildə Milli İKT Strategiyasının qəbul edilməsi və daha sonra elektron idarəçilik üzrə dövlət proqramının həyata keçirilməsi bu sektorun inkişafına böyük təkan verdi. Müstəqillik illərində əlavə olaraq 3 milyard dollardan artıq vəsait Azərbaycanda İKT-nin inkişafına yatırılıb. Nəticədə, sektor son on il ərzində 8,2 dəfə genişlənmişdir. Azərbaycanın ilk telekommunikasiya peyki 2013-ci ildə orbitə buraxılmışdır. Növbəti illərdə kosmosa daha iki peyk buraxmaq üçün işlər aparılır.

NE. Bu inkişafa internet də daxildirmi?

İlham Əliyev: İnternet də son illər ərzində çox sürətlə inkişaf etmişdir. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına görə, Azərbaycan əhalisinin 70%-i internetdən istifadə edir. Biz Azərbaycanın bütün şəhərlərində genişzolaqlı internet kabellərinin tikintisinə başlamışıq.

NE: Bu innovasiyaların neçə faizi yerli məhsuldur?

İlham Əliyev: Biz yalnız dünyada mövcud olan yenilikləri tətbiq etmirik, həmçinin bir sıra yeniliklərin tərəfimizdən başlanılmasına cəhd göstəririk. Azərbaycan Vətəndaşlarına Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ya qısaca "ASAN Xidmət" mərkəzlərinin fəaliyyətini vurğulamaq istəyirəm. "ASAN Xidmət" vasitəsi ilə vətəndaşlara bir mərkəzdən bütün ictimai xidmətlərin çatdırılması mümkün oldu. "ASAN Xidmət" xidmətləri tərkibinə dövlət qurumları, nəzarət və qiymətləndirmə, hökumət məlumat bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin effektiv təmin edilməsi və idarəetmə sistemlərinin modernləşdirilməsi ilə bağlı göstərilən xidmətlərin koordinasiyası daxildir. Bu xidmət mütərəqqi hökumət-vətəndaş münasibətlərinin nümunəsidir. Cəmi bir il ərzində bir milyondan artıq insanın "ASAN Xidmət"ə müraciəti heç də təsadüf deyil. Buna görə də biz göstərilən xidmətlərin əhatə dairəsini daha da genişləndirmək niyyətindəyik.

NE: Gələcəyə nəzər salaq, texnologiyaların inkişafı Azərbaycana nə vəd edir?

İlham Əliyev: Azərbaycanın gələcək inkişafında qabaqcıl texnologiyaların tətbiqi iqtisadiyyatın daha da dinamik inkişafına və onun rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Konkret tədbirlər əsasında İKT sahələrinin genişləndirilməsi qabaqcıl elm və texnologiya nailiyyətlərinə, bu sektora daxili və xarici investisiyaların cəlbinə, geniş verilənlər bazasının yaranmasına səbəb olacaq. Bu məqsədləri yerinə yetirmək üçün biz yüksək ixtisaslı Texnopark, İnformasiya Texnologiyaları İnkişaf Fondu və İnformasiya Texnologiyaları Universitetlərini yaratdıq. İnnovasiya əsasında güclü iqtisadiyyatın yaradılması bizim əsas vəzifələrimizdən biridir və daima bu istiqamətdə irəliləyəcəyik.

NE: 2014-cü ilin sənaye ili olacağını vurğulamısınız. Bu il bu istiqamətdə hansı fəaliyyətlər həyata keçiriləcək?

İlham Əliyev: Azərbaycan əvvəl kənd təsərrüfatı respublikası hesab olunurdu. 1970-1980-ci illərdə atılan addımlar bu  sənayeni inkişafa apardı və yeni sənaye müəssisələrimiz hesabına ortaq respublikalar üçün bir sıra mallar istehsal olunurdu. Lakin SSRİ-nin dağılması keçmiş sovet respublikaları arasında əlaqələrin dayandırılmasına səbəb oldu. Ümumiyyətlə, ölkələrin iqtisadiyyatı fiyasko yaşadı. Eyni zamanda, Azərbaycanda da həmin vaxtda ölkəni anarxiya və böhran bürüdü. Bir yandan da erməni təcavüzü ölkəni çətin vəziyyətə salmışdır. Yalnız ümummilli lider Heydər Əliyevin səyləri sayəsində 2000-ci ildən etibarən ölkə ərazsindəki istehsal 1990-ci illərdəki gücünə qovuşa bildi.

NE: Əlbəttə, hər kəsə məlumdur ki, karbohidrogen yataqlarının istismarı ölkə iqtisadiyyatının əsasını təşkil edir. Lakin digər neft hasil edən dövlətlərin siyasəti “Bir əldə iki qarpız tutmazlar” deyiminə əsaslanır. Bəs Azərbaycanın bu məsələ ilə bağlı fikri nədir?

İlham Əliyev: Son 10 il ərzində neft və qaz hasilatından əldə edilən gəlirlərin bir hissəsi qeyri-neft sektorunun inkişafına və yeni yüksək texnologiyalı sənaye müəssisələrinin yaradılmasına yönəldildi və bu yolla biz milli iqtisadiyyatın şaxələndirilməsinə nail olmağa çalışdıq. Nəticədə, qeyri-neft sektorunda hər il 10% illik artım tempi müşahidə olundu. Bundan başqa, böyük investisiya proqramlarının həyata keçirilməsi sayəsində, sosial-iqtisadi infrastrukturunun inkişafı və yenidən qurulması və qabaqcıl texnologiyalar əsasında rəqabətə davamlı yeni müəssisələrinin tikintisi üçün şərait yarandı.

NE. Siz sənayeləşdirmənin inkişafına çalışırsız, ancaq əhalinin əksər hissəsi şəhərdən kənarda məskunlaşıb.

İlham Əliyev: Bizim gündəmdəki əsas məqsədlərimizdən biri Azərbaycanı güclü sənayeləşdirilmiş dövlətə çevirmək üçün mövcud potensialdan maksimum istifadə etməkdir. Artıq sənayenin diversifikasiyası və müasirləşdirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Biz yeni sənaye və texnologiya parklarının yaradılması, innovasiya prosesinin sürətləndirilməsi üçün mövcud təbii və iqtisadi resursları cəlb edirik. Bu səbəblə, 2014 Sənaye ili elan edilmişdir. Bu il həyata keçiriləcək fəaliyyətlərin ümumi planı hazırlanıb və təsdiq edilmişdir. Eyni zamanda, "2015-2020-ci illəri əhatə edən sənaye inkişafı üzrə Dövlət Proqramı" da hazırlanır. Bizim topladığımız təcrübə Azərbaycanın ümumi iqtisadi potensialının inkişafına nail olmağa imkan verəcək.

NE: Regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü dövlət proqramı 2013-ci ildə qəbul edilmişdir və bu, 2014-2018-ci il dövrlərini əhatə edir. Bəs ilk iki proqram vasitəsi ilə nə əldə edildi və üçüncü proqramdan gözləntilər hansılardır?

İlham Əliyev: 2004-cü ildə ilk dövlət proqramının qəbulu zamanı bizim məqsədimiz regionların hərtərəfli inkişafını təmin etmək, paytaxt və ölkənin geri qalan hissəsi arasında inkişaf səviyyəsindəki boşluqları aradan qaldırmaq idi. 2003-2008 və 2009-2013-cü ili əhatə edən iki Dövlət Proqramının qəbul edilməsi sayəsində 250 qətnamənin imzalanması və həyata keçirilməsi regionların sosial-iqtisadi landşaftının dəyişməsinə gətirib çıxardı. Nəticədə, rayonda ictimai xidmətlər və sosial infrastrukturun keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Biznes mühiti daha əlverişli şərait yaradıldı, 1,2 milyon yeni iş yeri açıldı və  onlardan 900.000 qalıcı olanlar idi. Son 10 il ərzində rayonlarda malların istehsalı 3,2 dəfə, sənaye istehsalı 3,1 dəfə artmışdır. Bütün Azərbaycan rayonlarında və yaşayış məntəqələrində abadlıq və modernləşdirilmə işləri aparıldı. Bu proqramın Azərbaycanın iqtisadi potensialının, ümumiyyətlə, ölkə regionlarının inkişafına böyük töhvə verməsini əminliklə qeyd etmək olar.

NE. Bütün bu tədbirlər arxasında duran strateji məqsəd nədir?

İlham Əliyev: Bizim gündəmdə olan strateji məqsədimiz Azərbaycanın müstəqilliyini gücləndirmək və hər cəhətdən onu dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələrindən biri etməkdir. Buna görə də müasir dünyanın problemlərini nəzərə alaraq, regionların dinamik inkişafı üzərində iş davam edəcək. Mənim fikrimcə, ictimai xidmətlərin və bütövlükdə sosial infrastrukturun daha da yaxşılaşdırılması üçün yeni təsdiq edilmiş "2014-2018 əhatə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" önəmli rol oynayacaq. Bu proqram həmçinin qeyri-neft sektorunun davamlı inkişafına yardım edəcək və Azərbaycanı dünyanın aparıcı ölkələri sırasına qaldıracaq.

NE: Adətən ölkənin həm iqtisadi, həm sosial inkişafı, beynəlxalq aləmdə də geniş nüfuz qazanılması anlamına gəlir. Azərbaycanın növbəti illərdə xarici siyasətinin əsas istiqamətləri hansılar olacaq?

İlham Əliyev: Azərbaycanın hərtərəfli inkişafı, onun iqtisadi potensialının gücləndirilməsi və fəal xarici siyasəti beynəlxalq nüfuzunun möhkəmlənməsinə və  beynəlxalq aləmə sıx inteqrasiya etməsinə əlverişli şərait yaradacaq. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal aləmdə öz siyasi kursuna sadiq ölkə olaraq tanınır. 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçilmək bizlər üçün böyük tarixi nailiyyət və xarici siyasətdə qazandığımız uğurdur. Göründüyü kimi, dünya ölkələri dövlətimizin mövqeyini dəstəkləyir və atdığımız addımlarla  razılaşır. Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə fəaliyyət göstərir və hər şeydən əvvəl öz milli maraqlarını müdafiə edir. Xüsusilə BMT-nin Təhlükəsizlik Şurasına sədrlik dövründə Azərbaycan qlobal təhlükəsizlik, dünyada sülhün yaranması, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafına öz töhvəsini vermişdir .

NE: Cənubi Qafqaz regionu barədə nə deyə bilərsiniz?

İlham Əliyev: Azərbaycan bir neçə transmilli və regional layihələrin icrasına başlamışdır. Ölkəmizin apardığı enerji siyasəti həm bizim üçün, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, 17 dekabr 2013-cü il tarixində, Bakıda  dünya bazarına Xəzərin Azərbaycan sektorunda olan geniş qaz ehtiyatlarını çatdırmaq üçün "Şahdəniz IIlayihəsi üzrə yekun investisiya qərarı imzalanıb. İnanıram ki, "Şahdəniz II" layihəsi dünyanın enerji xəritəsinin yenidən çəkilməsinə etdiyi töhvə ilə XXI əsrin müqaviləsi kimi tarixə keçəcək.

NE. Azərbaycan yenə də Rusiya inqilabından əvvəl, Nobel və Solvay kimi investorların zamanında olduğu kimi regional mərkəzə çevrilir.

İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda siyasi, iqtisadi və humanitar mərkəzi halına gəlib. Bakı ənənəvi çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir. 2013-ci ildə İKT Forumu, 3-cü Beynəlxalq Humanitar Forumu, Fələstinə dəstək üçün həyata keçirilən 2-ci Beynəlxaq Mədəniyyətlərarası Dialoq Forumu, Davos Dünya İqtisadi Forumu və digər yüksək profilli beynəlxalq tədbirlər Bakıda keçirilmişdir.

NE: Ölkənizlə Aİ arasındakı münasibətlər necədi?

İlham Əliyev: Dünyanın aparıcı beynəlxalq təşkilatları və ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərimiz inkişaf etməkdədir. Azərbaycan ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar ilə birlikdə öz işini davam etdirir. Ötən il biz viza rejiminin sadələşdirilməsi ilə bağlı Aİ ilə mühüm saziş imzaladıq. Bu, Aİ ilə yaxşı münasibətlərimizin göstəricisidir. Mən əminəm ki, biz əməkdaşlığımızı daha da genişləndirərək, Aİ ilə strateji tərəfdaşlığımızın yaranmasına nail olacağıq. Bizlər inkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlarla əlaqələrimizi  inkişaf etdirməklə yanaşı, fərqli tərəfdaşlıqlara da meyl göstəririk. Belə ki, Avropa və Asiyanın ənənəvi ölkələri ilə əməkdaşlıq əlaqələrimizin genişləndirilməsinə paralel olaraq, Latın Amerikası və Afrika ölkələri ilə siyasi, iqtisadi və humanitar əməkdaşlıq sisteminin yaradılmasına çalışırıq. Bu tərəfdaşlıqlar bizim xarici siyasətimizin digər qolu kimi fəaliyyət göstərir.

NE. Sizin beynəlxalq müttəfiqləriniz kimlərdi?

İlham Əliyev: Latın Amerikası ölkələrinin bir neçəsi yaxınlarda Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın lehinə ədalətli həll yoluna dair öz dəstəklərinə ifadə etmişlər. Təsadüfi deyil ki, 10 ölkə artıq 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş qırğını soyqırım aktı kimi tanıyıb. Bu ölkələrin parlamentləri bu məsələ ilə əlaqəli müvafiq qərarlar qəbul etmişlər. Önümüzdəki illərdə biz ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması və beynəlxalq təşkilatlar və ölkələrlə əməkdaşlığının genişləndirilməsi niyyətindəyik. Bizim xarici siyasətimiz milli maraqların qorunması ilə möhkəmləndirilir və gələcəkdə atılacaq bütün zəruri addımlar bu istiqamətdə yönələcək.

NE: Əvvəl də qeyd etdiyiniz kimi, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın planlarının mərkəzindədir. Siz gələcəkdə nə baş verməsini gözləyirsiniz?

İlham Əliyev: Mən təəssüflə qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında heç bir irəliləyiş yoxdur. Ermənistan tərəfi danışıqlar prosesini uzatmaq üçün müxtəlif bəhanələrdən istifadə edir. Ötən ilin sonunda danışıqlarda bəzi canlanmanın müşahidə olunması bizə 2014-ci ildə məsələnin həllində müəyyən irəliləyiş gözləməyə əsas verir. Ermənistan rəhbərliyi anlamalıdır ki, biz Azərbaycanda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik. Münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu münaqişə həll olunmadığı müddət boyunca Ermənistan dövləti bütün transmilli və regional layihələrdən kənarda qalacaq və bu da öz növbəsində erməni xalqının vəziyyətinin zamanla daha da pisləşməsinə səbəb olacaq.

NE: Azərbaycan 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi edir. Ölkəniz üçün miqyasına görə ilk olacaq bu tədbirə hazırlıqlar necə gedir?

İlham Əliyev: Biz Avropa Oyunlarına hazırlıq üçün həlledici ilə daxil olmuşuq. Məlum olduğu kimi, belə miqyaslı bir müsabiqə üçün hazırlıqlar adətən 7-8 il davam edir. Bizə isə Avropa Oyunlarını keçirmək üçün yalnız 2,5 il həvalə edilib. Lakin mən əminəm ki, biz bu baxımdan bütün məqsədlərə nail olacağıq. Təşkilat Komitəsi layihə üzərində çox gərgin şəkildə çalışır. Oyunlara ev sahibliyi edəcək idman stadionlarının və qurğularının tikintisi və quraşdırılmasının bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Olimpiya stadionu, Gimnastika Arenası, Su idmanı Arena və atıcılıq kompleksləri artıq tikilib. Heydər Əliyev adına İdman və Əl oyunları sarayı təmir edilir. Lakin oyunlara hazırlıq müxtəlif obyektlərin tikintisi ilə məhdudlaşmır. Təhlükəsizlik və nəqliyyat, Olimpiya şəhərciyinin yaradılması, təlim-məşqin təşkili və digər məsələlər də böyük diqqət və səy tələb edir. Mən Azərbaycanda keçiriləcək bu tədbirdə tətbiq olunacaq standartların gələcəkdə Avropa Oyunlarının həyata keçirilməsi zamanı bir nümunə rolu oynayacağına əminəm.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib