SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
15 Sentyabr 2014 | 07:13
Azad Rəhimov : "Danışılmış oyunlara qətiyyətlə "yox" deyiləcək"
foto: eunews.az
A
A
print
Baxılıb: 963

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov «eunews.az»ın suallarına cavab verib.

Avropa Şurası çərçivəsində idman nazirlərinin idmanda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş görüşü keçiriləcək. Bu iclasdan gözləntilər nədir?

Həmin görüş sentyabrın 17-18-i keçiriləcək. Görüşdə idman siyasəti məsələləri, o cümlədən idmanda korrupsiya faktları müzakirə olunacaq. Danışılmış oyunlar problemi ilə bağlı müzakirələr olacaq və bu hallara qətiyyətlə "yox" deyiləcək.

Bununla bağlı xüsusi konvensiya qəbul olunması nəzərdə tutulub?

Birinci konvensiya artıq Bakıda, Avropa Şurası üzv ölkələrinin idman nazirlərinin görüşündə qəbul olunub. Bu konvensiya da elə Bakı Konvensiyası adlanır. Danışılmış oyunlar, idmanda korrupsiya hallarına qarşı mübarizəsi məsələsi ilk dəfə bu səviyyədə Azərbaycanda qaldırılıb.

"Formula-1" yarışlarının Bakıda keçirilməsi məsələsində tam razılıq əldə olunub?

"Formula-1" yarışının bir turunun Bakıda keçirilməsi artıq elan olunub. Bununla bağlı müqavilə də imzalanıb. 2016-cı ilin sentyabr-oktyabr aylarında bu yarışın Bakıda keçirilməsi nəzərdə tutulub. Bilirsiniz ki, "Formula-1" yarışlarının dünyanın 20 ölkəsində keçirilən mərhələsi var. Bunlardan 4-ü şəhərdə keçirilir ki, biri Bakıda olacaq.

Bu məqsədlə xüsusi pistin tikilməsi planlaşdırılır?

Yox. Belə bir şey nəzərdə tutulmayıb. "Formula-1" yarışlarının şəhərlərdə keçirilən mərhələləri Monako, Melburn və Sinqapur mərhələləridir ki, buraya Bakı da əlavə olunacaq. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib