SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
16 Sentyabr 2014 | 07:35
Anders Foq Rasmussen: "NATO boru kəmərlərinin müdafiəsində iştirak edə bilər"
A
A
print
Baxılıb: 906

Qeyri-rəsmi görüşdə iştirak edən NATO-nun baş katibi “eunews.az"ın sualını cavablandırıb.

Eunews.az: Şərqi Avropadakı qeyri-sabit təhlükəsizlik durumunu nəzərə alaraq, avropalı müttəfiqlərə enerji təhcizatına xidmət edən strateji infrastrukturları, o cümlədən Xəzər dənizi ilə Avropanı birləşdirən boru xətlərini qorumaq üçün NATO qüvvələrindən istifadə oluna bilərmi?

A.F.Rasmussen: Hər şeydən öncə onu vurğulumaq istəyirəm ki, NATO-nun əsas vəzifəsi müttəfiqlərin ərazilərinin qorunmasıdır. Əgər boru xətləri üzv dövlətlərin ərazisindədirsə, bu, ərazi müdafiəsinin bir hissəsidir və təbii ki, NATO onların müdafiəsində iştirak edə bilər. Ancaq mənim üçün enerji təhlükəsizliyi hər şeydən əvvəl bir mənbədən idxal olunan enerjidən Avropanın asılılığını azaltmaq deməkdir. Aydındır ki, geniş təhlükəsizlik aspekti nöqteyi-nəzərindən, hazırda Avropanın enerji təchizatında ən böyük təchizatçılardan biri olan Rusiyadan asılılıq böyükdür. Avropa İttifaqı yaxşı fəaliyyət göstərən və sərhədlər arasında enerji axını daha azad olan bazar yaratmaqla, öz enerji təhlükəsizliyini artırmalıdır. Bu, həm də ona görə lazımdır ki, Rusiya müttəfiqlərimizdən heç birini enerji vasitələri ilə şantaj edə bilməsin. Alternativ boru xətləri, alternativ enerji mənbələrinin inkişafı Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsinə verə biləcək başlıca cavabdır.

 

"Yumşaq diplomatiya gücünün arxasında sərt hərbi gücümüz olmalıdır" 

Brüsseldə qeyri-rəsmi görüşdə iştirak edən Rasmussen NATO-nun qarşısında duran əsas məsələlərlə bağlı hesabat verib. 

Baş katib son günlərdə beynəlxalq təhlükəsizliyə əsas iki təhdidin olduğunu bildirib. Bunlardan biri Şərqdən gələn Rusiya, digəri isə Cənubdan gələn islam radikalizmidir. Rasmussen NATO-nun Rusiya ilə möhkəm əməkdaşlıq qurmaq üçün çox çalışdığını, Rusiyanın isə bunu qəbul etmədiyini vurğulayıb.

O ki qaldı islam radikalizminə, son həftələr baş qaldırmış İslam Dövləti silahlı hərəkatı, Rasmussenin fikrincə, soyqırım törətməyə çox yaxındır. Odur ki, onlara qarşı hərbi əməliyyatlar hətta BMT Nizamnaməsinə əsasən də legitimdir. "Liberal dəyərlərimiz repressiv qüvvələr tərəfindən təhlükə altına qoyulur. Bu dəyərlərin qorunması üçün yumşaq və sərt gücdən istifadə etməyə hazırıq. Bütün həll yolları siyasi olmalıdır. Bununla belə, yumşaq diplomatiya gücünün arxasında sərt hərbi gücümüz olmaldır", - deyə o bildirib. Hərbi əməliyyatlara gəlincə, "Rusiya NATO nizamnaməsinin qarşılıqlı hərbi yardımı nəzərdə tutan 5-ci maddəsini bildiyi üçün üzvlərimizə birbaşa təhlükə törətmir. Həm də ki, Rusiya ilə siyasi danışıqlar aparmaq mümkündür, İŞİD ilə isə yox. Odur ki, İŞİD-ə qarşı əməliyyatlar qaçılmazdır", - o əlavə edib.

Yeni üzvlər məsələsinə gəldikcə baş katib yeni üzvlərə qapıların açıq olduğunu bildirib. Təbii ki, bunun üçün zəruri islahatlar həyata keçirilməlidir. Bundan əlavə, heç bir üçüncü ölkə bu prossesə "veto" qoya bilməz. Şotlandiyanın müstəqil olacağı təqdirdə, NATO üzvlük perspektivindən danışarkən Rasmussen bildirib ki, "Əgər hər hansı yeni müstəqil ölkə NATO-ya üzv olmaq istərsə, müraciət etməlidir və bütün digər ölkələr kimi prosedurdan keçməlidir. Qəbul üçün isə bütün üzvlərin razılığı tələb olunur. Mən zaman haqda heç nə deyə bilmərəm. Zaman faktoru ölkədən ölkəyə dəyişir, xüsusən də NATO üçün. Əsası odur ki, lazımi şərtlərə cavab versinlər."

Baş katib Rasmussen Türkiyəni güclü tərəfdaş hesab etdiyini deyib. "Türkiyə rəhbərliyi ilə yaxın əməkdaşlıq etmişik. Ehtiyac olduğu dövrdə Türkiyə effektiv olaraq əməliyyatlara qoşularaq öz töhvəsini verib. İraqa gəlincə, biz NATO əməliyyatları haqda hələ danışmırıq. Mümkündür ki, İŞİD Türkiyədən də əsirlər götürə bilər. Türkiyə NATO əməliyyatında böyük işlər görüb və görməkdədir", - deyə o əlavə edib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib