SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
23 Sentyabr 2014 | 13:40
Fransa senatoru: "Dağlıq Qarabağ Ermənistan tərəfindən zəbt olunub"
Photo: Flickr/Senat
A
A
print
Baxılıb: 875

Jers departamentinin senatoru, Fransa Senatında maliyyə komissiyasının vitse-prezidenti və Avropa məsələləri üzrə komissiyanın üzvü Aimeri de Monteskyu d'Artanyan (Aymeri de Montesquiou d'Artagnan) eunews.az-ın suallarını cavablandırıb.

Bilirsiniz ki, Fransa Parlamentində istər Milli Assambleyadan, istərsə də Fransa Senatından olan deputatlar aydın və qəti şəkildə Ukraynanın şərqində separatçıların törətdikləri hadisələrlə bağlı mövqelərini bildirərək reaksiya verdilər. Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin erməni separatçıları tərəfindən hələ də işğal altında saxlanıldığını nəzərə alaraq, Ukraynada baş verən hadisələrə göstərilən reaksiya Dağlıq Qarabağdakı ilə nə qədər üst-üstə düşür?

Düşünürəm ki, bu iki məsələ arasında böyük tarixi fərqlər mövcuddur. Dağlıq Qarabağ tarixən Azərbaycana aid olub, Krım isə ruslara. Hər iki problem olduqca fərqlidir. Dağlıq Qarabağ Ermənistan tərəfindən zəbt olunub, Krım isə öz müstəqilliyini istəyib.

Ukraynanın şərqində separatçı qruplara qarşı aparılan əməliyyatlara qayıdaq. Ukrayna beynəlxaq hüquq müstəvisində tanınan əraziləri üzərində öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Bunu necə dəyərləndirirsiniz – separatizm, yoxsa Ukraynanın şərqində rusdilli regionlarında baş vermiş vətəndaş müharibəsi kimi?

Bilirsiniz, bu gün beynəlxalq hüququn iki prinsipi var - sərhədlərin toxunulmazlığı  və digər tərəfdən xalqların öz müqəddəratını təyin etmə hüququ. Düşünürəm ki, gərginlik yaradan məsələ rus dilinin rəsmi dil kimi təklif olunmasıydı. Rus çoxluğunun yaşadığı Şərqi Ukrayna özlərini hədələnmiş və təcavüzə məruz qalmış hiss edirlər. Bu vəziyyət əsəbləri tarıma çəkir. Mənə elə gəlir ki, daha ehtiyatlı və düzgün İsveçrə Konfederativ modelinin tətbiq olunmasıyla Ukraynada ölkənin kimliyini qoruyaraq, bəzi ərazilərə muxtariyyət və bəzi qərarları qəbul etmə hüququ verilməlidir.

Hazırladı: Səid Musayev


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib