SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
08 Oktyabr 2014 | 01:58
Gürcü nazir: "Ahısqa türklərinin yerləşdirilməsi məsələsində yaxamızı kənara çəkmək fikrimiz yoxdur" (arayış)
foto: Flickr / Action against Hunger
A
A
print
Baxılıb: 1070

“Məshəti türklərinin yerləşdirilməsi Gürcüstan hökumətinin gündəliyinə və prioritetlərinə daxildir. Bunu Azlıq və Regional Dillər haqda Avropa Xartiyası haqda da demək olar. Məshəti türkləri tərəfindən müraciətlər gəlməkdədir və biz bununla bağlı xüsusi həll yolları axtarırıq. Bu prosesdən yaxamızı kənara çəkmək fikrimiz yoxdur. Məskunlaşma ilə bağlı üzərimizə götürdüyümüz öhdəlik tezliklə yerinə yetiriləcək və hər kəs bunun şahidi olacaq. O ki qaldı Regional Dillər Xartiyasına, gürcü hökuməti tələb olunandan daha artığını edib. Bütün regional dillərin qorunmasına xüsusi əhəmiyyət verilir və biz öhdəliklərimizi addım-addım yerinə yetiririk”. Bu sözləri “eunews.az”-a Gürcüstanın Avropa və Avro-Atlantik İnteqrasiya naziri Aleks Petriaşvili deyib.

Məshəti türkləri və ya Ahısqa türkləri Gürcüstanın indiki Samtsxe-Cavaxetiya əyalətinə təsadüf edən bölgədən 1944-cü ildə Sovet hakimiyyəti tərəfindən Mərkəzi Asiyaya deportasiya ediliblər. 1989-cu ildə Özbəkistanda onlara qarşı iğtişaşlar başlayıb. Bunun ardınca, Sovet ordusunun müşayiəti ilə Ahısqa ailələri Azərbaycan, Rusiya və Ukraynaya yerləşdiriliblər. Dil və mədəni yaxınlıq səbəbindən Azərbaycanda yaşayanlar yerli cəmiyyətə asanlıqla inteqrasiya ola biliblər. Bundan əlavə, Azərbaycan hakimiyyəti onlara vətəndaşlıq hüququ verib. Qeyd etmək lazımdır ki, Azərbaycan əhalisinin siyahıya alınmasında “türk” adı ilə qeyd olunanlar məhz Ahısqa türkləridir. Rəsmi Bakı onların Gürcüstana qayıtmasının tərəfdarıdır.  

Gürcüstan Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklərdən biri də deportasiya olunmuş Ahısqa türkləri və onların törəmələrini Gürcüstanda yerləşdirmək olmuşdu.  Bu öhdəliyə 2001-ci ilədək “geri qayıtma qanunu”nun da qəbulu daxil idi[1]. Bununla belə, Gürcüstan parlamenti bu qanunu yalnız 2007-ci ilin oktyabrında qəbul etdi[2]. Bu qanuna görə, Gürcüstana geri dönmək istəyən Ahısqa türkləri 2009-cu ilin yanvarına qədər yaşadıqları ölkədə yerləşən Gürcüstan səfirliyinə müraciət etməli idilər. Kommunikasiya problemləri və vaxtın darlığı səbəbindən “geri qayıtmama qanunu” adlandırılan bu qanunun effektivliyi özünü doğrultmadı. Əslində, Ahısqa türklərinin öz doğma məskənlərinə dönmək hüququ prezident Şevardnadzenin verdiyi fərmanla tanınsa da, bürokratik əngəllər və bəzi bələdiyyələrin müqaviməti yerləşdirilməyə mane olmuşdu[3] . Gürcüstan vətəndaşlarının siyasi qurbanlar kimi tanınması və repressiya qurbanlarının sosial müdafiəsi haqda qanun Ahısqa türklərinə şamil edilmir[4]. Məskunlaşma prosesini sürətləndirmək üçün 2011-ci ildə SSRİ tərəfindən zorla deportasiya olunmuş şəxslərin yenidən məskunlaşması strategiyasının implementasiyası üçün Hökumət Şurası təşkil olunmuş, 2013-cü ildə isə yenidən işinə başlamışdır. Bununla belə, hökumətin məskunlaşma ilə bağlı aşkar strategiyası hələlik gözə dəymir[5].

 


[1] Valeri Modebadze, Historical background of Meskhetian Turks’ problem and major obstacles to the repatriation process, IBSU Scientific Journal, 2009, 3(1), pp.113-128

[2] XX əsrin 40-cı illərində Gürcüstan SSR-dən sürgün edilmiş şəxslərin yenidən məskunlaşması haqda qanun

[3] Gürcüstanın Avropa Şurasına qəbul müraciəti, AŞPA rəyi, Doc. 8296, 13 yanvar 1999,

[4] Short Notes on the State of Deported Mesketians in Georgia, Avropa Şurası məruzəçilər missiyasına təqdim edilmiş sənəd, 31 iyul 1998

[5] Policy Recommendations on Promoting the Rights of the Repatriated Meskhetian Community and Civic Integration in Georgia, European Center for Minority Issues, Mart 2014


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib