SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
14 Oktyabr 2014 | 14:04
Riçard Houitt: “Aİ Azərbaycanın suverenliyinə hörmət edir”
foto: Flickr
A
A
print
Baxılıb: 955

"Eunews.az"-ın suallarını Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, Xarici İşlər Komitəsinin üzvü Riçard Houitt (Richard Howitt) cavablandırır.

Gürcüstanın Avropaya İnteqrasiya naziri Brüsseldə olarkən bildirdi ki, Şərq Tərəfdaşlığı ilə bağlı keçiriləcək Riqa sammitində Gürcüstanın Avropa İttifaqı ilə (Aİ) vizasız gediş-gəliş rejiminin tətbiq olunmasına və Aİ üzvlüyünə dair gözləntiləri var. Sizcə, bu mümkündürmü? Yoxsa sadəcə bir illüziyadır?

Mən Gürcüstandakı həmkarlarımla dəfələrlə bu mövzunu müzakirə etmişəm və ölkədəki böyük əksəriyyətin Aİ-yə üzv olmaq istəklərindən xəbərdaram. Ümidvaram ki, Riqa sammiti Şərq Tərəfdaşlığının böyüməsini nəzərdə tutan bir sammit olacaq. Ümid edirəm ki, keçən il baş verən hadisələr bu proqramın inkişafını ləngitməyəcək, lakin bu gün viza rejiminin ləğv olunması barədə hər hansı bir proqnozun verilməsi çox tezdir. Regionda yaşayan insanların Aİ ilə daha sıx bağların olmasını istəmələri çoxumuz tərəfindən müsbət hal kimi qarşılanır. Bizim bu dialoqda iştirak etməkdə maraqlı olduğumuzu Gürcüstan və qonşu ölkələrin bilmələrini istərdik.

Azərbaycanda bu tendensiyanı hiss edirsinizmi?

Zənnimcə, Azərbaycan regionda ən vacib ölkələrdəndir. Azərbaycan Aİ ilə münasibətlərin qurulması baxımından müstəqil qərar vermiş ölkələrdən biridir və Avropa İttifaqı regiondakı digər ölkələrə münasibətdə olduğu kimi, Azərbaycanın da suverenliyinə hörmət edir. Demokratik institutlar məsələlərinə dair tənqidlərimiz olsa da, aramızdakı dialoqun qarşılıqlı anlaşmanı inkişaf etdirəcəyinə və aramızdakı problemlərin həllinə töhfə verəcəyinə inanırıq. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib