SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
20 Oktyabr 2014 | 19:44
Atanas Quoqa: "Ermənistan yanlış yolda irəliləyir"
foto: eunews.az
A
A
print
Baxılıb: 947

Avropa Parlamentinin Litvadan olan deputatı, Aİ-Azərbaycan, Aİ-Ermənistan və Aİ-Gürcüstan parlamentlər arası əməkdaşlıq komissiyasının sədr müavini Antanas Quoqa “eunews.az”-ın suallarını cavablandırıb. 

Aİ-Azərbaycan, Aİ-Ermənistan və Aİ-Gürcüstan parlamentlər arası əməkdaşlıq komitəsinin qarşıda duran məqsədləri və çətinlikləri hansılardır?

Çətinliklər çoxdur. Buraya hər şeydən öncə Ermənistanla Azərbaycan arasında olan münaqişə daxildir. Fikrimcə, hər birimiz bütün tərəflər üçün rifah halı yaratmaq üçün praqmatik, ağıllı olmalıyıq. Biz xüsusilə də Azərbaycana Avropa İttifaqının böyük tərəfdaşı kimi baxırıq.

Qafqaz ölkələri içində Avropaya inteqrasiyanın müxtəlif sürətli olması xüsusi bir çətinlik yaratmır ki?

Fikrimcə, biz hər bir ölkəyə fərdi şəkildə yanaşmalıyıq. Üç ölkənin üçünə də bir gözlə baxmaq böyük yanlışlıqdır. Hər bir ölkə fərqlidir. Hər bir ölkənin müxtəlif baxışı var. Onların mədəniyyətlərinə, tutduqları mövqeyə hörmətlə yanaşmalıyıq. Parlamentlər arası komissiyanın sədri çox ağıllı, təcrübəli və regionu tanıyan adamdır. Bu, Azərbaycanla və digər ölkələrlə münasibətlərimizim inkişafı üçün güclü imkandır. Mən Ermənistan ətrafında baş verən son hadisələrdən narahatam. Onlar yanlış yolda irəliləyirlər. Gürcüstanda da bəzi şəxslərin hakimiyyətə gəlməsindən narahatam. Bununla belə, biz bu ölkələrə mövqelərindən asılı olmayaraq hörmət etməliyik. Eyni anda, münasibətlərimizi korlamamalıyıq. Əksinə, münasibətlərimizi yenidən qurmalıyıq. Parlamentin qəbul etdiyi yersiz qətnamə nəticəsində pisləşmiş münasibətlərimizi möhkəmləndirməliyik. Ümid edirəm ki, bu dəfə bu komissiyanın işi daha yaxşı qurulacaq, gəlib-gedən insanlarla görüşəcəyik, onlara hörmətlə yanaşacağıq. Hesab edirəm ki, Avropa İttifaqı regiona böyük hörmət bəsləyir.

Vermək istədiyimiz ismarıc budur: biz sizə hörmət edirik, biz sizinlə işləməyə hazırıq, bir-birimizə yardım etməyə hazırıq. Bundan əlavə, hər bir tərəf üçün xüsusi əhəmiyyət daşıyan enerji təhlükəsizliyi məsələsində razılığa gəlməyə çalışmalıyıq.

Regiona səfər etməyi planlaşdırırsınızmı?

Bəli. Birmənalı olaraq, mümkün qədər tez-tez regiona səfər etməliyik. Regionla xoş münasibətlər quracağımıza inanıram. Regiona səfər etmək, orada vaxt keçirmək, insanlarla ünsiyyətdə olmaq və dəyərlər yaratmaq bizim üçün çox vacibdir. Siyasi və iqtisadi baxışlarımızın mübadiləsi baxımından bu səfərlər əhəmiyyətlidir. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib