SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
30 Oktyabr 2014 | 04:20
Yens Stoltenberq: "Gürcüstan güclü tərəfdaşdır"
foto: Flickr / GMF
A
A
print
Baxılıb: 980

NATO-nun yeni baş katibi Yens Stoltenberq "eunews.az" müxbirinin sualını cavablandırıb.

Cənab baş katib, NATO Gürcüstana Üzvlük Fəaliyyət Planı təqdim etmək fikrindədirmi, yoxsa alyans sonu olmayan daha dərin inteqrasiya siyasətini davam etdirmək niyyətindədir? 

NATO-nun "Açıq qapı" siyasəti çox böyük uğur idi. Buxarest Sammitində Gürcüstanla bağlı qərar qəbul edilmişdi. Mənim yeni baş katib kimi bu suala cavabım odur ki, Gürcüstanla razılaşdırdığımız hərtərəfli paketin implementasiyasını həyata keçirəcəyik. Bu yaxınlarda Gürcüstanın baş naziri ilə görüşüb sözü gedən paketdən irəli gələn məsələləri müzakirə edəcəm. Buna əlavə olaraq onu da vurğulamaq istəyirəm ki, Gürcüstən güclü tərəfdaşdır. Bu ölkə bir çox NATO əməliyyatında iştirak edib, Əfqanıstandakı missiyaya öz qiymətli töhfəsini verib. Gürcüstanın həyata keçirdiyi islahatları, xüsusilə də, silahlı qüvvələrdəki islahatları alqışlayıram. Biz Gürcüstanla işləməyə və Uelsdə qəbul edilmiş paketi implementasiya etməyə davam edəcəyik.  

 

 

Qeyd edək ki, baş katib Stoltenberq "eunews.az"-ın ərazi münaqişələrinin üzvlük perspektivinə təsiri və NATO-nun Cənubi Qafqazdakı mövcudluğu barəsindəki sualları cavablandırmaqdan yayınıb. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib