SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
13 Noyabr 2014 | 09:30
Afif Demirkıran: "Türkiyə hər zaman türkmənlərin yanındadır"
A
A
print
Baxılıb: 627

Avropa İttifaqı-Türkiyə müştərək parlament assambleyasının türkiyəli həmsədri Afif Demirkıran "eunews.az"ın suallarını cavablandırdı.

Suriya və İraqda yaşayan türkmənlərin təhlükəsizliyinə Türkiyənin töhfəsi varmı?

Təbii ki, İraqda və Suriyada yaşayan türkmən qardaşlarımıza hər zaman dəstək oluruq. Bir çox türkmənlər Türkiyə ərazisində sığınacaq tapıb. Onları Türkiyədə qəbul etməklə yanaşı, həm də təhlükəli ərazilərdə olan türkmənlərə də ehtiyac duyduqları hər sahədə yardım göndərdik.

Türkmənlər bizim soydaş və qardaşlarımızdır, ancaq Türkiyə hər zaman irq, milliyət və dinindən asılı olmayaraq hər kəsə yardım göstərməyə hazırdır. Türkiyədə sığınacaq tapan hər kəs öz istəkləri ilə ölkələrinə dönməyə hazır olduqlarına qədər bizim qonaqlarımızdırlar.

Bizim məqsədimiz də Suriyada və İraqda sülhün bərqərar olmasıdır. Hər kəs öz evində daha hüzurludur. 

Türkmənlər icma olaraq, icma hüquqları uğrunda apardıqları mübarizədə Türkiyənin dəstəyini hiss edirlərmi?

Türkiyə hər zaman türkmənlərin arxasında olub. Bunu təkrar-təkrar ifadə etmək istəyirəm. Bütün mövzularda, nə vaxt darda olsalar, Türkiyə onların yanındadır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib