SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
04 Dekabr 2014 | 21:27
Morten Helveq Petersen: "Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsinə diqqət yetirməliyik"
foto: Flickr
A
A
print
Baxılıb: 726

"Eunews.az"-ın müsahibi Avropa Parlamentinin danimarkalı deputatı, Sənaye, Tədqiqat və Enerji Komissiyasının sədr müavini Morten Helveq Petersendir.

Təklif olunan Enerji İttifaqı ilə bağlı nə düşünürsünüz? Sizcə, bu necə olmalıdır?

Enerji İttifaqı çox maraqlı anlayışdır. Yunker və Şefçoviç buna hələ tərif verməyiblər. Mən isə hesab edirəm ki, Enerji İttifaqı hər şeydən əvvəl sərbəst enerji ticarətinin aparıldığı tam daxili bazardır. Həmçinin İspaniyanın günəş enerjisinin, İsveçin isə külək enerjisinin ingilis, polyak və yunanların evlərini enerji ilə təchiz etməsi deməkdir. Bundan əlavə, Enerji İttifaqı enerji effektivliyinin artması və enerji təchizatı sektorunda dekarbonizasiyası ilə nəticələnməlidir. Bunlardan da vacibi enerji mənbələrinin diversifikasiyasıdır. Bu gün biz Rusiyadan çox asılıyıq, ona görə də Azərbaycan və digər təchizatçı ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsinə diqqət yetirməliyik. Enerji İttifaqı baxımından əsas prioritetlər bunlardır.

Sərbəst bazar yaradılması fonunda Aİ-nin təbii qazı birgə satın almaqla öz enerji strategiyasının 3 əsas prinsipinə zidd olan monopoliya, yaxud belə desək, bazardakı rəqabətlə mübarizəsi nə dərəcədə məntiqlidir?

Təbii qazın ümumi satın alınması strategiyası təbii qaz bazarında bugünkü natarazlığın həlli deməkdir. Rusiya Mərkəzi və Cənubi Avropa ölkələrinə təbii qaz təchizatında demək olar ki, monopoliya yaradıb. Bu isə onun fərqli ölkələri bir-biri ilə qarşı qoyaraq daha əlverişli müqavilələr bağlamasına xidmət edir. Bu gün Avropa ölkələri Rusiya təbii qazına Çindən daha çox pul ödəyir. Rusiya ilə danışıqlarda söz sahibi olmaq üçün alıcıların birləşərək dominant alıcı vasitəsilə bazarda natarazlığını qoruması məqsədəuyğundur. Məncə, bu, Aİ istehlakçılarına fayda verən "Üçüncü Enerji Paketi"nə zidd deyil. Təbii qazın birgə alışının faydası təkcə Mərkəzi və Şərqi Aİ üzv ölkələri ilə məhdudlaşmayacaq.

Bir şeyi də unutmaq olmaz ki, təbii qazın birgə alışı strategiyasında məqsəd xırda təchizatçıları qiymətləri süni aşağı salmağa məcbur etmək demək deyil.

Bunun nə kimi əks nəticələri ola bilər?

Məncə, Rusiyanı nəzərdə tutursunuzsa,o buna heç bir "reaksiya" verməyəcək. Rusiya özü də Aİ-ni təbii qazla təchiz etməkdə kifayət qədər maraqlıdır. İstər təbii qaz, istərsə də kömür, yaxud nüvə enerjisi olsun, Aİ-nin xarici enerji asılılığının azaldılması vacibdir. Ona görə də üzv ölkələr diqqəti bərpa olunan enerji və enerji effektivliyinə yönəltməlidirlər. Gələcəyimiz Aİ-nin enerji idxalına gündə 1 milyard avrodan çox xərcləməkdən deyil, az karbonlu yüksək effektiv iqtisadiyyatdan asılıdır. Əks nəticə dedikdə digər təchizatçıları nəzərdə tutursunuzsa, deyərdim ki, təbii qazın birgə satın alınması qiymətləri ədalətsiz şəkildə azaltmağa yönəlməyib.

Aİ iqtisadiyyatı hazırda iri investisiya qıtlığından ziyan çəkir. Bu, xüsusən özünü enerji infrastrukturlarında göstərir. “NİMBY”-lərə ("qapımın ağzında olmasın" deyənlər (red.not in my backyard)) görə gecikdirmələri azaltmaq və  xüsusi kapitalı infrastruktur layihələrə yönləndirmək üçün Aİ hansı addımları atmalıdır?

Bu, bizim enerji ilə bağlı əsas problemimizdir. Mən istərdim ki, Yunker investisiyanın çoxunu infrastrukturlara yönəltsin. Həmçinin çalışmalıyıq ki, hökumətlər kömür və digər bioyanacaq əsaslı enerji hasilatına subsidiyaları dayandırsınlar. Bərpa olunan enerji və enerji infrastrukturuna daha çox investisiya qoysunlar. Sorğulara görə də, vətəndaşlar elə bunu istəyir. Biz siyasətçilər insanlarla həmfikir olaraq danışıqlarımızı davam etdirməli və enerji infrastrukturunu qurmaq üçün başqalarını az narahat edəcəyimiz "qapı" axtarmalıyıq.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib