SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mövqe
10 Dekabr 2014 | 02:43
Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi layihəsinin yaxşı irəlilədiyinə əminəm"
foto: epp group
A
A
print
Baxılıb: 671

Avropa İttifaqı Komissiyasının Enerji İttifaqı üzrə vitse-sədri Maroş Şefçoviç "Cənub Qaz Dəhlizi" və "Cənub Axını" ilə bağlı fikirlərini "eunews.az"-la bölüşüb. 

"Biz "Cənub Axını"nın fəaliyyətini dayandırması haqda qərarı mətbuatdan öyrəndik. Mən Aİ üzv dövlətlərinin enerji nazirləri ilə də danışdım və onlara bu haqda qərar lazımi formada bildirilməyib. Nazirlər Avropa Komissiyasından Rusiya hakimiyyəti ilə bu məsələni aydınlaşdırmağı xahiş ediblər və biz bunu edəcəyik. 

Azərbaycan prezidentinin "Cənub Qaz Dəhlizi" ilə bağlı dedikləri mən çox həvəsləndirir. 2019-cu ildə Xəzər qazının Avropaya çatdırılması və bunun üçün bütün zaman planlarına riayət olunması gözəl haldır. Avropa İttifaqı da öz növbəsində "ev tapşırığını" yerinə yetirir. Dünən Türkiyə enerji naziri cənab Yıldızla da danışdıq və o da bu layihənin yüksək prioritetini təsdiq etdi. Azərbaycanın, Türkiyənin və TAP konsorsiumunun işə verdikləri töhfə ilə layihənin yaxşı irəlilədiyinə əminəm. Güclü siyasi dəstəklə birgə layihənin reallaşacağına şübhə etmirəm. Avropa İttifaqı da layihəni tamamilə dəstəkləyir, Avropa Komissiyası da əsas meyarların həyata keçirilməsi üçün işləyir. Enerji daşıyıcılarının nəql yollarının və mənbələrinin diversifikasiyası bizim üçün çox əhəmiyyətlidir". 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib